DİPLOMATİK MÜNASİBƏTLƏRİN ON İLLİYİ QEYD EDİLMİŞDİR
İyunun 27-də Azərbaycanın Pakistan İslam Respublikasındakı səfirliyi ölkələrimiz arasında diplomatik münasibətlər yaradılmasının on illiyi ilə əlaqədar rəsmi qəbul təşkil etmişdir. Pakistan hökumətinin, Xarici İşlər Nazirliyinin rəsmi şəxslərinin, ölkənin ictimai-siyasi təşkilatlarının, diplomatik korpusun nümayəndələrinin iştirak etdiyi qəbulda Azərbaycanın səfiri Eynulla Mədətli çıxış edərək, ölkələrimiz arasında əməkdaşlığın dostluq və qardaşlıq münasibətlərinə çevrildiyini bildirmiş, Pakistanın Azərbaycanın ədalətli mübarizəsini həmişə dəstəklədiyini söyləmişdir.
Səfir Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Pakistanla bütün sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verdiyini vurğulamış, dövlətimizin başçısının 2000-ci ildə Tehranda Prezident Pərviz Müşərrəflə görüşünü xatırladaraq, qarşılıqlı əlaqələrin inkişaf etdirilməsində dövlət başçılarının şəxsi münasibətlərinin mühüm rol oynadığını bildirmişdir.
Pakistan mətbuatı tədbir barədə materiallar dərc etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [16:18]
Nazir Ceyhun Bayramov Tokioda Ermənistanla normallaşma prosesindən danışıb
- 10.06.2026 [15:48]