Dmitri Peskov: OPEC+ ölkələrinin “Alyans”ı yaradıla bilər
Bakı, 12 fevral, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin OPEC+ ölkələrinin yeni və daha sabit strukturunun yaradılması təşəbbüsü ətrafında müzakirələr aparıb.
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə müsahibəsində bildirib.
Peskov deyib ki, Rusiyanın dövlət başçısı bu məsələni “G20” ölkələrinin sammiti çərçivəsində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla da müzakirə edib. “Bu məsələ digər beynəlxalq tərəfdaşlarla aparılan müzakirələrdə də bəyənilib. Prezident Putin neftin qiymətləri üzrə dünya bazarında vəziyyətin sabitləşməsi üçün bu addımın səmərəli olacağını qeyd edib”, -deyə mətbuat katibi əlavə edib.
Bu yaxınlarda OPEC+ ölkələri məsləhətləşmələri davam etdirmək və nəticə əldə etmək məqsədilə “Alyans” adlanacaq yeni strukturun yaradılmasını müzakirə edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]