Dohada keçirilən tədbirdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri qətliamlardan danışılıb
Bakı, 26 fevral, AZƏRTAC
Azərbaycanın Qətərdəki səfirliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Qətərdə akkreditə olunmuş diplomatik korpusun, ictimaiyyətin nümayəndələri, KİV təmsilçiləri və bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər.
Səfir Tofiq Abdullayev çıxış edərək Xocalı faciəsi və Azərbaycan-Ermənistan münaqişəsi haqqında məlumat verib. Ermənilərin Azərbaycan xalqına qarşı dəfələrlə qırğınlar törətdiklərini qeyd edən səfir Xocalı soyqırımının bəşəriyyət tarixində misli görünməmiş amansızlıqla törədilən ən qanlı və unudulmaz faciələrdən biri olduğunu vurğulayıb. O, Azərbaycan xalqına qarşı Xocalı soyqırımını törədənlərin indiyədək cəzasız qalmasının təəssüf doğurduğunu qeyd edib.
Səfir Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının zəruriliyini bildirib. Bu istiqamətdə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində böyük uğurların əldə edildiyini və artıq dünya dövlətlərinin Xocalı faciəsini soyqırımı aktı kimi tanımağa başladığını diqqətə çatdırıb.
Mərasim iştirakçıları Xocalı faciəsi ilə bağlı fikirlərini bölüşərək ermənilərin təcavüzkar siyasətinin və insanlıq əleyhinə cinayətlərinin cəzasız qalmamalı olduğunu vurğulayıblar.
Tədbirdə, həmçinin Xocalı faciəsi haqqında film nümayiş etdirilib, iştirakçılara ölkəmiz və soyqırımı ilə bağlı təbliğat materialları təqdim edilib.
Tədbir Qətərin bir sıra aparıcı KİV-ində geniş işıqlandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]
Azərbaycan ədəbiyyatı və publisistikasında Xocalı soyqırımı mövzusu
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
- 05.10.2026 [23:25]
Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
- 05.10.2026 [23:06]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:54]
Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
- 05.10.2026 [22:41]
Tovuzda ata oğlunu bıçaqlayıb
- 05.10.2026 [22:26]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:52]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:12]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [21:11]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [20:33]
Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub
- 05.10.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 05.10.2026 [20:00]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [19:49]
Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir
- 05.10.2026 [19:27]
İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb
- 05.10.2026 [19:16]