DOLU GƏDƏBƏYİN KƏNDLƏRİNƏ ZİYAN VURMUŞDUR
İyunun 12-də günorta saatlarında yağan güclü dolu Gədəbəy rayonunun yaşayış məntəqələrinə xeyli ziyan vurmuşdur. Diametri 3-4 santimetrə bərabər olan dolu dənələri rayon mərkəzi ilə yanaşı, Düzyurd, Gərgər, Şəkərçay, Çalburun, Söyüdlü, Ərtəpə, Qaradağ və Arıxdam kəndlərində 60 faizədək evlərin dam örtüyünü sıradan çıxarmışdır.
Rayon fövqəladə hallar komissiyasının sədri Qüdrət Paşayev AZƏRTAC-ın müxbirinə demişdir ki, dam örtükləri ilə yanaşı, fərdi təsərrüfatlar da doludan zərər çəkmişdir. Əhalinin meyvə bağları və kartof sahələrinin bir hissəsi sıradan çıxmışdır. Hazırda rayon fövqəladə hallar komissiyasının üzvləri dolu düşmüş kəndlərdə əhaliyə lazımi kömək göstərirlər. Təbii fəlakətin vurduğu ziyanın həcmi müəyyənləşdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]