CƏMİYYƏT
Doqquz ayda 25 mindən çox şəxsə yaşa görə əmək pensiyası təyin olunub
Bakı, 8 oktyabr, AZƏRTAC
2024-cü ilin yanvar-sentyabr aylarında 25 mindən çox şəxsə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.
Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, onların 66,85 faizini kişilər, 33,15 faizini isə qadınlar təşkil edib.