İQTİSADİYYAT
Dövlət büdcəsi kəsirinin yuxarı həddi 1 milyard 221 milyon manatdan çox olub
Bakı, 23 may, AZƏRTAC
2023-cü il dövlət büdcəsi kəsirinin yuxarı həddi 2 milyard 734,3 milyon manat məbləğində təsdiq olunsa da, faktiki kəsir 1 milyard 221,5 milyon manat təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası” haqqında hesabatda qeyd olunub.
Bildirilib ki, dövlət büdcəsinin kəsiri 2023-cü ilin faktiki ÜDM-in 1 faizini təşkil etməklə, proqnozlaşdırılmış həddən 1,5 faiz-bənd azdır. Kəsirin proqnoza qarşı əhəmiyyətli dərəcədə daralması, ilk növbədə, fiskal orqanlar tərəfindən dövlət büdcəsinin gəlirləri üzrə daxilolmaların artıqlaması ilə təmin edilməsi və dövlət büdcəsinin xərclərinin 166,9 milyon manatlıq hissəsinin (0,5 faiz) icra edilməməsi hesabına olub. 2023-cü il dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi həmin il üçün qəbul olunmuş borclanma proqramına uyğun olaraq cəlb edilmiş vəsait, dövlət əmlakının özəlləşdirilməsindən daxilolmalar və vahid xəzinə hesabının sərbəst qalığı hesabına həyata keçirilib.