DÖVLƏT FİLM FONDU ZƏNGİNLƏŞİR
Dövlət Film Fondundan AZƏRTAC-a bildirmişlər ki, quruma Moskvanın şəxsi arxivlərindən tanınmış kinorejissor Roman Karmenin çəkdiyi “Xəzər neftçiləri haqqında dastan” sənədli filminin rəngli versiyası daxil olmuşdur.
Dövlət Film Fondunun başçısı, əməkdar incəsənət xadimi Cəmil Quliyevin sözlərinə görə, dünyanın sənədli filmlər fonduna daxil olmuş “Xəzər neftçiləri haqqında dastan” (1953) və “Dəniz fatehləri” (1959) dilogiyasının əsasını iki görkəmli şəxsiyyətin - Roman Karmenin və Qara Qarayevin birgə yaradıcılığı təşkil etmişdir. Xalq yazıçısı İmran Qasımovun ssenarisi əsasında çəkilmiş bu filmlər əsl kişi mərdliyi, yenilməzliyi və fədakarlığı haqqında qəhrəmanlıq poemasıdır. Bu, həm Qarayev musiqisinin lirik sədaları ilə müşayiət olunan əmək qəhrəmanlığı, həm də R.Karmenin “istedadlı” kamerasının obyektivinə tuş gəlmiş səmimilik, əmin-amanlıq və dinclik ab-havasıdır. 1960-cı ildə bu yaradıcılıq qələbəsinin son akkordu vurulmuş, “Dəniz fatehləri” filmi ölkənin əsas mükafatı olan Lenin mükafatına layiq görülmüşdür.
C.Quliyev bildirmişdir ki, Dövlət Film Fonduna Azərbaycan kinoaktyorları Ələsgər Ələkbərovun, Möhsün Sənaninin, Mərziyyə Davudovanın, kinodramaturq Sabit Rəhmanın və kinorejissor Həsən Seyidbəylinin fotoşəkillərinin neqativləri də daxil olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:50]
Azərbaycan-Rumıniya mədəni əməkdaşlığının inkişafı müzakirə olunub
- 11.06.2026 [12:23]
Azərbaycanın da təmsil olunduğu İstanbul Opera və Balet Festivalı başa çatıb
- 11.06.2026 [12:20]
Keçmişin izi ilə: Şəmkirin “balaca Almaniya”sına səyahət VİDEO
- 11.06.2026 [11:14]