DÖVLƏT FİLMFONDU FƏALİYYƏTİNİ GENİŞLƏNDİRƏCƏKDİR
C.Quliyevin sözlərinə görə, Dövlət Filmfondu 1994-cü ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının nəzdində yaradılmışdır. 1995-ci ildən Fond “Qələbə” kinoteatrına köçürülmüşdür. Burada sənədli filmlərlə yanaşı, son 15 ildə çəkilmiş bədii kinolentlər də mühafizə olunur. Fondun arxivində 10 mindən çox sənədli və bədii film qorunub saxlanılır. Lakin optimal şəraitin və texnikanın olmaması buradakı materialların gələcəyi üçün təhlükə yaradır. Dövlər Filmfondu Beynəlxalq Arxiv Təşkilatının üzvüdür. Bunu milli filmlərimizin beynəlxalq aləmə çıxarılması üçün yaranmış fürsət kimi də qiymətləndirmək olar.
Mədəniyyət və Turizm Nazirliyinin “Qələbə” kinoteatrının Filmfonda verilməsi haqqında təklifini yüksək qiymətləndirən Cəmil Quliyev dünya təcrübəsində Filmfondların nəzdində kinoteatrların olduğunu söylədi. Bildirdi ki, belə kinoteatrlarda milli və dünya kinematoqrafiyası nümayiş etdirilir. Dövlət Filmfondu təkcə filmlərin saxlanıldığı anbar olmayacaqdır.