Dövlət Gömrük Komitəsi Akademiyasının kitabxanasına yeni kitablar təqdim edilib
Bakı, 26 iyul (AZƏRTAC). Dövlət Gömrük Komitəsinin Akademiyasında bu ali təhsil müəssisəsinə gömrük mövzusuna dair kitabların təqdim edilməsi mərasimi keçirilib.
Komitədən AZƏRTAC-a verilən məlumata görə, kitablar “Azərterminalkompleks” Birliyinin nəzdində fəaliyyət göstərən Gömrük Tarixi Muzeyi tərəfindən təqdim edilib.
Təqdimat mərasimində çıxış edən muzeyin direktoru Ramiz Ağayev bildirib ki, bu nəşrlər müxtəlif vaxtlarda keçirilən ikitərəfli görüşlər, sərgilər və tədbirlər zamanı Rusiya, Gürcüstan, Vatikan, Ukrayna, Makedoniya və digər ölkələrin nümayəndə heyətləri tərəfindən Azərbaycan Gömrük Xidmətinə hədiyyə olaraq verilib. Məhdud tirajda və nəfis tərtibatda nəşr olunan kitablarda dünya gömrük tarixi, eləcə də müxtəlif ölkələrin gömrük xidməti barədə məlumatlar yer alıb.
Qeyd olunub ki, akademiyanın kitabxanasına təhvil verilən kitablar tələbələrin səhih məlumat və bilik əldə etmələrində mühüm rol oynayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]
“Google” görmə və tərcümə üzrə yeni süni intellekt modeli təqdim edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın FIFA referiləri beynəlxalq oyunlara təyinat alıblar
- 22.05.2026 [23:04]