Dövlət Komitəsinin təşəbbüsü ilə qanvermə aksiyasına start verilib
Bakı, 12 aprel, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə “Qan verək, həyat bəxş edək” qanvermə aksiyası həyata keçirilir.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, aksiya ölkədə karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək məqsədi daşıyır.
Bugünkü aksiyaya komitə əməkdaşları ilə yanaşı, vətəndaş cəmiyyəti nümayəndələri, komitə yanında İctimai şuranın üzvləri, “Bilik” xeyriyyə təşkilatı, “Səbail” Peşəkar Futbol Klubu, “Vəfa” Sosial Problemlərə Dəstək İctimai Birliyi, Ağsu İdman Mərkəzi, Respublika Qadınlar Cəmiyyəti, Qan Donorları Assosiasiyasının nümayəndələri və könüllülər qatılıblar.
Aksiya ölkədə elan olunan karantin qaydalarına uyğun olaraq, təhlükəsizlik tədbirləri nəzərə alınmaqla baş tutub.
Aksiya zamanı komitə tərəfindən hazırlanan maarifləndirici materiallar da iştirakçılara təqdim olunub.
Qeyd edək ki, Respublika Mərkəzi Qan Bankında baş tutan qanvermə aksiyası 2 gün davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [11:13]
“Diqqət, uşaqlar!” aylığına yekun vurulub VİDEO
- 09.10.2026 [11:08]
DİN: Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb
- 09.10.2026 [11:04]
Xaçmazda mağazada yanğın olub VİDEO
- 09.10.2026 [10:49]
BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də
- 09.10.2026 [10:24]
Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilir VİDEO
Bu gün Ümumdünya Poçt Günüdür
- [09:37]
ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib
- 08.10.2026 [23:36]
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
- 08.10.2026 [23:03]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [21:37]
Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
- 08.10.2026 [20:39]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [20:09]
Bu saata olan əsas xəbərlər
- 08.10.2026 [20:00]
Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb
- 08.10.2026 [19:43]
Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir
- 08.10.2026 [19:24]
Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib
- 08.10.2026 [19:20]
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb
- 08.10.2026 [19:18]