Dövlət Miqrasiya Xidmətində “Didaktik bacarıqların artırılması” mövzusunda seminar keçirilmişdir
Bakı, 18 noyabr (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində (DMX) Avropa İttifaqının Avropa Qonşuluq Tərəfdaşlıq Aləti proqramı çərçivəsində maliyyələşən “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti heyətinin professional inkişafına dəstək” adlı Tvinninq layihəsi üzrə “Didaktik bacarıqların artırılması” mövzusunda seminar keçirilmişdir.
DMX-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, 2013-2015-ci illəri əhatə edən layihədə Dövlət Miqrasiya Xidmətinin əsas tərəfdaşı Niderland Krallığı, Latviya və Rumıniyadır. Niderland Krallığının İmmiqrasiya və Naturalizasiya Xidmətinin Təlim Mərkəzinin ekspertlərinin iştirakı ilə keçirilən seminarda Dövlət Miqrasiya Xidmətinin idarə rəhbərlərinə didaktika bacarıqları ilə bağlı ətraflı məlumat verilmiş, təlim-tədris sahəsində təcrübə mübadiləsi aparılmışdır. Həmçinin seminar iştirakçıları təlim-tədris sahəsindəki müxtəlif modul və metodlarla tanış olmuş, “dəyirmi masa” müzakirələri aparmışlar. Sonda iştirakçılara sertifikatlar təqdim edilmişdir.
Ümumilikdə layihə çərçivəsində miqrasiya qanunvericiliyi, qanunsuz miqrasiyaya qarşı mübarizə, Dövlət Miqrasiya Xidməti əməkdaşlarının peşəkarlığının artırılması üçün təlim-tədris metodlarının inkişafı və ictimaiyyətin miqrasiya məsələləri barədə maarifləndirilməsi istiqamətdə dörd komponent üzrə seminarlar və təlimlər keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]
Bakıda 5 heyvan kəsimi və ət satışı məntəqəsi ilə əlaqədar tədbir görülüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]