Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Könüllüləri “Könüllü donor” aksiyasının təşkilində iştirak ediblər
Bakı, 21 aprel, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin (DMX) Miqrasiya Könüllüləri “Könüllü donor” aksiyasının təşkilində iştirak ediblər.
AZƏRTAC DMX-nin rəsmi “Facebook” səhifəsinə istinadla xəbər verir ki, aksiya çərçivəsində xəstə insanların qana olan ehtiyacları təmin olunur.
Qeyd edək ki, “Könüllü donor” aksiyasına Azərbaycanın 18 aparıcı könüllü təşkilatı və hərəkatının birləşdiyi Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi və Milli Hematologiya və Transfuziologiya Mərkəzi - Qan Bankı tərəfindən aprelin 8-dən start verilib.
Vətəndaşlarımız bu təşəbbüsə qoşularaq həmrəylik nümayiş etdirir, qana ehtiyacı olan xəstələrə, əsasən də talassemiyalı uşaqlara yardımçı olurlar.