Dövlət Neft Fondu “Santyaqo prinsipləri”nin tətbiqi ilə əlaqədar ilk hesabatını təqdim edir
Bakı, 12 may (AZƏRTAC). Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) üzvü olan Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Ümumi Qəbul olunmuş Prinsip və Normaların (ÜQPN) müəyyən edilməsində və hazırlanmasında yaxından iştirak etmişdir.
ARDNF-dən AZƏRTAC-a bildirmişlər ki, Suveren Fondların Beynəlxalq İşçi Qrupu bu Fondlar üçün “Santyaqo Prinsipləri” adı ilə tanınan ÜQPN-i 2008-ci ilin oktyabr ayında qəbul etmişdir. Suveren Fondların Beynəlxalq Forumu Suveren Fondların Beynəlxalq İşçi Qrupunun 2009-cu il aprelin 5-6-da Əl-Küveyt şəhərində keçirilmiş iclasında yaradılmışdır və ilk rəsmi iclasını 2009-cu il oktyabrın 8-9-da Bakıda keçirmişdir. SFBF könüllü qrup olaraq əsas məqsədi Suveren Fondların ümumi maraqlarına dair məsələlər ətrafında fikir mübadiləsi aparmaq və “Santyaqo prinsipləri” və Suveren Fondların fəaliyyətlərinin anlaşılmasını asanlaşdırmaqdır.
ÜQPN-in əsas məqsədi Suveren Fondlar üçün uyğun idarəetmə və hesabatlılığın təşkil edilməsi, eləcə də həmin Fondlar tərəfindən həyata keçirilən investisiyaların məqsədyönlü və düzgün əsaslara söykənməsini əks etdirən ümumi qəbul olunmuş prinsip və normaları təyin etməkdir.
Beləliklə, “Santyaqo prinsipləri”nin 24-cü prinsipinə əsasən ARDNF ÜQPN-in tətbiqi ilə bağlı ilk hesabatını ictimaiyyətə açıqlayır və onu illik əsasda nəzərdən keçirməyi planlaşdırır. Ətraflı məlumatı http://www.oilfund.az/az/content/9/266 ünvanından əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:23]
Baş katib: Azərbaycan bərpaolunan enerjiyə fəal investisiya yatırır
- 09.09.2026 [13:11]
TDT-nin Yaşıl Maliyyə Şurası əməkdaşlıq üzrə gündəliyini genişləndirib
- 09.09.2026 [13:06]
“ADY Express”: Orta Dəhlizlə konteyner daşımaları 11 faiz artıb
- 09.09.2026 [13:04]
Azərbaycan İtaliyaya neft tədarük edən ölkələr siyahısında ilk üçlükdədir
- 09.09.2026 [12:57]
“Brent” neftinin qiyməti 100 dolları ötüb
- 09.09.2026 [12:47]