DÖVLƏT NEFT FONDUNDA ABŞ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyulun 15-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda ABŞ Ticarət və İnkişaf Agentliyinin Regional məsələlər üzrə direktoru Dan Stain və ABŞ Dövlət Energetika Departamentinin Rusiya və Avrasiya məsələləri üzrə direktoru Lana Ekimofla görüş keçirilmişdir.
Görüşdə Dövlət Neft Fondunun fəaliyyəti, vəsaitlərin idarə olunması və xarici maliyyə bazarlarında yerləşdirilməsi, Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) tətbiqinə dair məsələlər, o cümlədən ölkəmizdə MHŞT-nin uğurla tətbiq edilməsi, Azərbaycan hökuməti tərəfindən BMT-nin Baş Assambleyasına təqdim edilən Şəffaflıq Təşəbbüsünü dəstəkləyən qətnamə layihəsi barədə məsələlər geniş müzakirə olunmuşdur.
Eyni zamanda görüşdə ölkəmizdəki mövcud iqtisadi islahatlar, Azərbaycanda neft sektorunun rolu, neft gəlirlərinin artmasının ölkəyə təsiri, əsas prioritet istiqamət olan qeyri-neft sektorunun inkişaf etdirilməsi və digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]