DÖVLƏT NEFT FONDUNUN AKTİVLƏRİNİN HƏCMİ 5 MİLYARD ABŞ DOLLARINI KEÇMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyunun 4-də ilk dəfə olaraq Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (DNF) aktivləri 5 milyard ABŞ dolları səviyyəsini keçmişdir.
Milli neft strategiyasının uğurla reallaşması sayəsində karbohidrogen ehtiyatlarının xarici şirkətlərlə birgə istismarı və ixracı ildən-ilə genişlənir və bunun sayəsində dövlətimizin valyuta potensialı, o cümlədən Dövlət Neft Fondunun vəsaiti günbəgün artır. 2001-ci ildə Neft Fondunun açılış balansı 270 milyon ABŞ dolları təşkil etdiyi halda, hazırda Fondun vəsaitinin 5 milyard səviyyəsini keçməsi məhz ümummilli liderimiz Heydər Əliyevin banisi olduğu neft strategiyasının uğurlu nəticəsidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər nəticəsində ölkənin iqtisadi inkişafının sürətləndirilməsində, mühüm sosial-iqtisadi problemlərin həllində, habelə strateji əhəmiyyətli dövlət proqramları və layihələrin maliyyələşdirilməsində Dövlət Neft Fondunun rolu ildən-ilə daha da artır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]