Dövlət qulluğu üzrə müsabiqənin müsahibə mərhələsinə ərizə qəbulu davam edir
Bakı, 30 avqust, AZƏRTAC
Ümumilikdə 41 dövlət orqanında 457 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 2-də elan olunmuş müsabiqənin müsahibə mərhələsinə ərizə qəbulu davam edir.
AZƏRTAC DİM-in saytına istinadla xəbər verir ki, avqustun 30-u saat 14:40-a olan göstəricilərə əsasən, müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün 1377 nəfər ərizə verib.
Müsahibəyə dövlət orqanları arasında ən çox vakant vəzifə Təhsil Nazirliyi (147 vəzifə) tərəfindən çıxarılıb.
Sənəd qəbulu sentyabrın 2-də başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:16]
Kimya İnstitutunda gənc alimlər üçün beynəlxalq seminar təşkil edilib
- 10.06.2026 [19:52]