Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Dövlət rüsumlarının ödənilməsində rəqəmsal dəyişikliklər: Yeni sistem təsdiqləndi

Dövlət rüsumlarının ödənilməsində rəqəmsal dəyişikliklər: Yeni sistem təsdiqləndi

Bakı, 29 dekabr, AZƏRTAC

“Dövlət rüsumlarının elektron idarəedilməsi (e-rüsum)” informasiya sistemi yaradılacaq.

AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin dekabrın 29-də keçirilən iclasının gündəliyinə salınmış “Dövlət rüsumu haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, dövlət rüsumu üzrə daxilolmaların dövlət büdcəsinə köçürülməsi üçün “e-bildiriş”in təqdim edilməsi, dövlət rüsumunun hesablanmış daxilolmaları üzrə məlumatların aidiyyəti orqan (qurum) tərəfindən real vaxt rejimində əldə edilməsi, artıq ödənilmiş və ya düzgün tutulmamış dövlət rüsumu ilə bağlı müraciətlərə dair məlumatların qəbulu və aidiyyəti üzrə baxılması, dövlət rüsumunun dövlət büdcəsinə köçürülməsinə elektron nəzarət və uçot müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə həyata keçiriləcək.

“e-bildiriş” dövlət rüsumu tutulan hər bir xidmət və hüquqi hərəkət üzrə elektron qaydada tərtib olunan, dövlət rüsumunun dövlət büdcəsinə daxilolmalarının təyinatı üzrə hesablanması və köçürülməsi üçün istifadə olunan və bu Qanunda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə təqdim edilən sənəddir. “e-bildiriş”in tərtibi, tətbiqi və uçotu qaydaları, “e-bildiriş”in tətbiqi ilə bağlı dövlət rüsumu üzrə mədaxil qəbzinin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Nəzərdə tutulan dövlət rüsumlarının ödənilməsi zamanı hər bir dövlət rüsumu tutulmalı olan hüquqi hərəkət üzrə tərtib edilmiş “e-bildiriş”ə görə 0,02 manat məbləğində xidmət haqqı tutulur və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırması məqsədilə həmin orqanın xəzinə hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Qeyd edilib ki, Dövlət büdcəsinə dövlət rüsumu üzrə daxilolmaların izlənilməsi, operativliyin, səmərəliliyin və proqnozlaşdırmanın keyfiyyətinin artırılması, dövlət rüsumu üzrə dövlət büdcəsinə hesablanmış vəsaitlərin təyinatı üzrə köçürülməsinə nəzarətin təkmilləşdirilməsi məqsədilə dövlət rüsumlarının e-bildiriş əsasında ödənilməsi və bu sahədə “Dövlət rüsumlarının elektron idarəedilməsi (e-rüsum)” informasiya sisteminin yaradılması təklif olunur.

İnformasiya sisteminin yaradılması və dövlət rüsumunun sistem vasitəsilə təqdim edilən “e-bildiriş” əsasında ödənilməsi uçotun təşkilində rəqəmsallaşmanın tətbiqini, dövlət rüsumu üzrə hesablanmış məbləğlərin vaxtında və düzgün olaraq dövlət büdcəsinə köçürülməsini, bu prosesə elektron nəzarətin və uçotun təşkil edilməsini, dövlət rüsumu üzrə hesablanmış daxilolmalarla bağlı məlumatların rüsum tutan orqan (qurum) tərəfindən real vaxt rejimində əldə edilməsini mümkün edəcək.

Layihəyə əsasən, aşağıdakı yeni dövlət rüsumları müəyyənləşir:

- Rüsumsuz ticarət mağazasının yaradılmasına icazənin verilməsi 100 manat.

- Su elektrik stansiyaları və biokütlədən alınan qaz və ya digər yanacaq növü vasitəsilə elektrik və istilik enerjisi istehsal edən elektrik stansiyalarında elektrik enerjisinin istehsalı üzrə 500 kilovatdan, digər hallar üzrə isə 150 kilovatdan çox elektrik enerjisinin istehsalına icazənin verilməsi - 150 manat.

- Elektrik enerjisinin ötürülməsinə icazənin verilməsi - 150 manat.

- Elektrik enerjisinin paylanmasına icazənin verilməsi - 150 manat.

- Elektrik enerjisinin ixrac və idxal edilməsinə icazənin verilməsi 150 manat.

- Sənaye parkının, sənaye məhəlləsinin və aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi - 70 manat.

- Texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin verilməsi - 70 manat.

- Texnoloji biznes inkubatorunun qeydiyyat şəhadətnaməsinin verilməsi - 70 manat.”;

- “İxrac nəzarəti haqqında” Qanuna əsasən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazənin verilməsi - 100 manat.

- İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi - 100 manat.

- Qazın istehsalına və təbii qazın emalına icazənin verilməsi - 200 manat;

- Qazın nəqli üçün icazənin verilməsi - 150 manat.

- Qazın paylanmasına icazənin verilməsi – 50 manat.

- Yeraltı qaz anbarlarının işlənməsi, tikilməsi və istismarına icazənin verilməsi 150 manat.

- Sənaye qaz qurğusunun istismarına icazənin verilməsi - 100 manat.

- Neft və qaz yataqlarının kəşfiyyatına icazənin verilməsi - 150 manat;

- Neft və qaz yataqlarının işlənməsinə və hasilatına icazənin verilməsi – 150 manat;

- Neft və neft məhsullarının boru kəmərləri vasitəsilə nəqlinə icazənin verilməsi - 150 manat.

Müzakirələrdən sonra qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Tesla” Kanadada avtomobillərinin qiymətini xeyli qaldıracaq

Demans riskinin azaldılmasında antibiotik dərmanlarının mümkün təsiri araşdırılıb

Rütte: Ukraynanın məğlub olması NATO-ya trilyonlarla dollara başa gələcək

Milli Müdafiə Nazirliyi: Türkiyə gələcəkdə də Azərbaycanla birlikdə olacaq

Elm və təhsil nazirinin Zərdabdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Ekspert: İstedadlı tələbələrə təqaüd vermək özəl təşkilatların da marağında olmalıdır

“Mançester Siti” növbəti transferə hazırlaşır

NATO-nun Baş katibi Ukraynaya daha çox silah verməyə çağırıb

Nəsimi rayonunda yanvar ayında polisin əməliyyatları zamanı 16 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb VİDEO

Bakıda yerli əhəmiyyətli memarlıq abidəsinə müdaxilə olunub

Türk Akademiyası ilə Türkiyə Palatalar və Birjalar Birliyi arasında əməkdaşlıq inkişaf etdirilir

“Fənərbağça” braziliyalı müdafiəçi ilə müqavilə imzalayıb

Robotlaşdırılmış dəniz tısbağası okeanı kəşf etməyə hazırdır

Ermənistan kəşfiyyatı ölkəyə xarici müdaxilə cəhdlərinin ola biləcəyini açıqlayıb

AFFA “Turan Tovuz”u böyük məbləğdə cərimələyib

YAP Mərkəzi Aparatında müşavirə keçirilib

Şəmkirdə məntəqə seçki komissiyalarının üzvləri üçün maarifləndirici treninqlər davam edir

Sabah hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir

İslamabadda Azərbaycan-Pakistan ikitərəfli siyasi məsləhətləşmələrinin dördüncü raundu keçirilir

“Mançester Siti” misirli futbolçunun keçidini açıqlayıb

Sumqayıt Tibb Mərkəzində ötən il 1 milyon 488 min müraciət qeydə alınıb

Abşeronda Nəbi Xəzrinin 100 illiyi qeyd edilib

Paris prokurorluğu Fransa daxili işlər nazirinin vaxtından əvvəl məlumat sızdırmasını pisləyib

Sumqayıtda “Mediasiya - yeni trendlər və gözləntilər” mövzusunda müzakirələr aparılıb

Milli Məclisin Aqrar siyasət komitəsinin yaz sessiyasında ilk iclası olub

Sosial-iqtisadi inkişaf Strategiyası üzrə görülmüş işlərin icra vəziyyəti müzakirə edilir

Bosniya və Herseqovina Gimnastika Federasiyasının prezidenti: Azərbaycan gözəl ölkədir

ADY Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir

“YAŞAT” Fondunun dəstəyi ilə daha bir qazi əməliyyat olunub VİDEO

Media: İsrail daha dörd girovun azad ediləcəyinə əmindir

Tacikistan diplomatı: MDB çərçivəsində humanitar əməkdaşlığa xüsusi diqqət yetiriləcək

Türkiyədən Suriyaya təyyarə səfərləri başlayıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Səudiyyə Ərəbistanı ABŞ-la ticarət dövriyyəsini 600 milyard dollar artırmağı planlaşdırır

Qazaxıstan boks üzrə Dünya Kubokuna ev sahibliyi edəcək

Ötən il İcbari Sığorta Bürosu tərəfindən 967 min manat kompensasiya ödənilib

“Elm” nəşriyyatı 2024-cü ildəki fəaliyyətinə dair hesabat verib

Bugünkü valyuta hərracında tələb 52,5 milyon dollar təşkil edib

İlxom Abdurahmon: MDB-yə üzv dövlətlərin əsas intermodal nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması üzrə Strategiya hazırlanacaq

Belarusda prezident seçkiləri ilə bağlı erkən səsvermə keçirilir

AMEA-nın Naxçıvan Bölməsi ötən il 4 mühüm elmi nəticə əldə edib

Tacikistanın səfiri: Səylərimiz dünya arenasında MDB-nin müsbət imicinin daha da möhkəmlənməsinə yönələcək

Ötən il 35 mindən çox şəxsə proaktiv qaydada pensiya təyinatı aparılıb

BANM tələbələri KOBİA-nın VI qrant müsabiqəsinin qalibi olublar

“AzerGold” Afrika qitəsində Türkiyə şirkətləri ilə ortaq layihələrin icrasında maraqlıdır

“Bloomberg Philanthropies” Paris Sazişindən çıxdıqdan sonra ABŞ-ın iqlim üzrə üzvlük haqlarını ödəyəcək

Lənkəranda fabrikin həyətindən silah-sursat tapılıb

Süni intellektin tətbiqi iqtisadiyyatın şaxələndirilməsinə və qlobal rəqabət qabiliyyətinin artırılmasına töhfə verə bilər ŞƏRH

Polisin əməliyyatı zamanı 36 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Avropa İttifaqı keçən il elektrik enerjisinin 47 faizini bərpaolunan mənbələrdən əldə edib

AMEA Humanitar Elmlər Bölməsinin ötənilki fəaliyyəti müzakirə edilib

Şahin Diniyev: “Qarabağ” motivasiya və təcrübə hesabına Rumıniya klubunu Bakıdan əliboş göndərə bilər

“Neftçi”nin italiyalı yetirməsi: İnanıram ki, bir gün A seriyasında da meydana çıxacağam - MÜSAHİBƏ

Qazaxıstanın bəzi bölgələrində məktəblər onlayn rejimdə fəaliyyət göstərməyə başlayıb

Qazaxıstan ilk AES-in tikintisinə iddiaçıları müəyyənləşdirib

“Yaşıl enerji məkanı” üzrə İşçi qrupun növbəti iclası keçirilib

Sabunçudakı restoranda saxta alkoqollu içkilər aşkarlanıb

Los-Ancelesin yaxınlığında yeni meşə yanğınları başlayıb

Milli Kitabxanada Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi münasibətilə kitab sərgisi açılıb

AMEA Rəyasət Heyətinin iclası keçirilib

“Düyməcik” yenidən Kukla Teatrının səhnəsində

Son bir ildə əlilliyi olan 13 minə yaxın şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Abadlaşan, yenidən qurulan Xankəndi – FOTO

Bakıda naxçıvanlı Əməkdar rəssam Ülviyyə Həmzəyevanın fərdi sərgisi açılıb

Azər Qasımzadə: Zəlzələlərə qarşı dayanıqlı tikililər üçün yeni texnologiya tətbiq edirik

64 saylı Salyan seçki dairəsi üzrə maarifləndirici treninqlər başa çatıb

Sabirabadda “Vətənpərvər Azərbaycan gəncliyi – Sağlam gənclik, sağlam gələcək” mövzusunda görüş keçirilib

“DİVAN” Milli Məhkəmə Simulyasiyası iştirakçıları üçün təlimlərə başlanılıb

Tovuzda ustanı elektrik cərəyanı vurub VİDEO

İsveç dünyanın ən böyük rəsədxanasının tikintisinə qoşulub

Misli Premyer Liqasında XX turun hakimləri bəlli olub

 TOEFL iBT imtahanı keçiriləcək

İqlimşünas-alim: Azərbaycanda orta illik temperaturun artımı qlobal göstəricilərə yaxındır

NBA-da daha səkkiz qarşılaşma keçirilib

İsveçin milli təhlükəsizlik müşaviri ətrafında qalmaqal davam edir

® “Azercell”in “AI Chat Bot”u artıq iOS istifadəçilərinin də xidmətində!

Tanınmış rəssamın əsərlərindən ibarət kataloq-albom çap olunub

Avropa Liqası: “Fənərbağça” “Lion”u, “Mançester Yunayted” “Reyncers”i sınağa çəkəcək

Azərbaycan Universiteti və “Sosial iş” İctimai Birliyi memorandum imzalayıb

Serbiya mətbuatı 20 Yanvar faciəsindən yazıb

Sabunçuda ev quşlarının kəsimi məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb

Göygöl rayon sakinləri qanunsuz saxladıqları silahları polisə təhvil veriblər VİDEO

DİN: Cinayətdə şübhəli bilinən 70 nəfər saxlanılıb

Sumqayıtın bir hissəsinə suyun verilməsində fasilə yaranacaq

UNESCO və ÜMT 2025-ci ili Buzlaqların Mühafizəsi İli elan ediblər

Gəncədə avtomobillərdən oğurluq edən şəxslər saxlanılıblar VİDEO

67 saylı Sabirabad seçki dairəsi üzrə maarifləndirici treninqlər davam edir

Ötən il Energetika Nazirliyi və tabeli qurumlara 9000-dən çox müraciət daxil olub

Külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb

“Azərbaycan Hava Yolları” və NATS Azərbaycanın hava hərəkətinin idarəetmə standartlarını yüksəltmək üçün güclərini birləşdirir

Avropa Liqası: "Qarabağ" bu gün həlledici oyuna çıxacaq VİDEO

® SOCAR-ın “Yaşıl” istiqrazları “ABB mobile” tətbiqində!

ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir

Dünya birjalarında neft ucuzlaşıb

MSK sədri: Bələdiyyə seçkiləri Azərbaycan ictimaiyyətində xüsusi maraq doğurur VİDEO

Azərbaycan nefti ucuzlaşıb

Bələdiyyə seçkiləri ilə əlaqədar veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib VİDEO

TƏBİB: Ötən il ərzində 83 milyona yaxın tibbi xidmət göstərilib

Tramp Şon Karranı Məxfi Xidmətin direktoru təyin edib

Bakıda bir sıra yollarda sıxlıq müşahidə olunur - SİYAHI