Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÖVLƏT SOSİAL MÜDAFİƏ FONDUNUN SƏDRİ SƏLİM MÜSLÜMOVUN ÇIXIŞI

- Möhtərəm cənab Prezident!

Hörmətli iclas iştirakçıları!

Ümummilli liderimiz Heydər Əliyevin quruculuq sahəsində başladığı çoxşaxəli islahatların bu gün Sizin tərəfinizdən sürətlə davam etdirilməsi hər birimizin fəaliyyəti üçün geniş meydan açır. Respublikamızın istər insan amili, istərsə də iqtisadi baxımdan potensial imkanları nəzərdə tutulan islahatların vaxtında və yetərincə reallaşdırılmasına münbit şərait yaradır.

Bu şəraitdən uğurla istifadə edən Dövlət Sosial Müdafiə Fondu 2005-ci il ərzində aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir sıra səmərəli addımlar atmışdır.

Cənab Prezident, sosial sığorta haqlarının toplanması, pensiyaların təyin olunması və maliyyələşdirilməsi, onların ödənişinə nəzarətin təşkili üzrə cari proseslər vaxtında və uğurla həyata keçirilməklə yanaşı, Sizin ölkəmizin və onun ayrı-ayrı regionlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsi, eləcə də antiinflyasiya tədbirlərinin gücləndirilməsi barədəki fərmanlarınızla müəyyənləşdirilmiş vəzifələrin yerinə yetirilməsi təmin olunmuşdur. Bundan başqa, 2001-ci il iyulun 17-də ulu öndərimiz tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyası”na uyğun olaraq, ölkədə yeni sığorta-pensiya sisteminin qurulması istiqamətində islahatların başa çatdırılması, habelə sığorta-pensiya sahəsində beynəlxalq əlaqələrin qurulması və Azərbaycanın imicinin yüksəldilməsi üçün səmərəli tədbirlər görülmüşdür.

İlkin məlumata əsasən, Fondun 2005-ci ildəki gəlirləri 501,2 milyon manat təşkil etmişdir ki, bu da 2004-cü ilə nisbətən 20 faiz çoxdur. Gəlir proqnozu qeyri-büdcə təşkilatlarının məcburi dövlət sosial sığorta haqları üzrə 102,8 faiz, büdcə təşkilatları üzrə isə 93,4 faiz icra olunmuşdur.

2005-ci ildə ödəmə dərəcəsinin 4 bənd aşağı salınmasına baxmayaraq, məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilə nisbətən 12,7 faiz artaraq 314,5 milyon manat təşkil etmişdir. Bunun 64,2 faizi və ya 201,8 milyon manatı qeyri-büdcə təşkilatlarının payına düşmüşdür.

Daxilolmaların səviyyəsi bütün pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan vermişdir. Belə ki, dekabr ayının 23-nə qədər artıq bütün ölkə üzrə maliyyələşmə başa çatdırılmışdır. Bu sahədə bir faktı qeyd etmək istəyirəm ki, əgər 2002-ci ilin sonunda 29 faiz ödəmə dərəcəsi ilə 1 ayda toplanan məcburi dövlət sosial sığorta haqları 15,4 milyon manat təşkil edirdisə, 2005-ci ildə 25 faiz ödəmə dərəcəsi ilə bu göstərici 26,2 milyon manat olmuşdur. Bu isə nisbi ifadədə 2 dəfə, mütləq ifadədə isə 70 faiz artım deməkdir.

Fondun xərcləri il ərzində 497 milyon manat təşkil etmişdir ki, bu da 2004-cü ilə nisbətən 19,4 faiz çoxdur. Bütün xərclərin 95,4 faizi və ya 474,2 milyon manatı pensiya və müavinət ödənişlərinə yönəldilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı üzrə nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi məqsədi ilə il ərzində zəruri tədbirlər görülmüş, əlillər və şəhid ailələri üçün tikilən 16 obyektin maliyyələşdirilməsinə 4,04 milyon manat vəsait köçürülmüşdür.

İşləməyən əmək pensiyaçılarının orta aylıq pensiya məbləği ilin əvvəlinə nisbətən 20,7 faiz artaraq 33,8 manata çatmışdır. Bu artım, cənab Prezident, Sizin ötən il ərzində imzaladığınız 5 Fərmanın, Nazirlər Kabinetinin qəbul etdiyi 1 qərarın tətbiqi və “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Qanuna dəyişikliklərin qüvvəyə minməsi ilə bağlı olmuşdur. Bu fərmanların və qərarın tətbiqi, demək olar ki, bütün əmək pensiyaçılarını əhatə etmiş və onların pensiyalarının aylıq artımı ümumilikdə 6,5 milyon manat olmuşdur.

Bundan əlavə, Sizin xüsusi diqqətinizin təzahürü olaraq qəbul olunmuş “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklərin qüvvəyə minməsi ilə əlaqədar əvvəllər müxtəlif dövlət vəzifələrində çalışmış 4700 nəfərə yaxın şəxsin pensiya təminatına yenidən baxılmış və bu məqsədə ayda təqribən 550 min manat əlavə vəsait yönəldilmişdir.

Xüsusilə qeyd etmək istəyirəm ki, tərəfinizdən verilmiş bu Fərmanlar və “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Qanuna edilən dəyişikliklər çoxlu sayda pensiyaçıların sosial müdafiəsində əhəmiyyətli irəliləyişə səbəb olmuş, onlarda böyük razılıq doğurmuşdur. Bu da vətəndaşlar tərəfindən Sizin ünvanınıza yazılmış və Dövlət Sosial Müdafiə Fonduna göndərilən minnətdarlıq məktublarında ifadə olunur. Bu gün Dövlət Sosial Müdafiə Fondunun qarşısında Sizin qoyduğunuz əsas vəzifə əmək pensiyalarının minimum məbləğinin yoxsulluq həddi səviyyəsindən yüksəyə qaldırılmasıdır və bunun üçün biz yaxın 2 il ərzində bütün mümkün tədbirlərin görülməsini proqnozlaşdırırıq.

Cənab Prezident, pensiyaçıların sayı barədə də bəzi məlumatları məruzə etmək istəyirəm. Hazırda pensiyaçılarımızın sayı 1360 min nəfərdir ki, bunun da 1180 min nəfəri əmək pensiyaçılarıdır. Statistik məlumatlar göstərir ki, son dövrdə yaşa görə əmək pensiyaçılarının sayının artım sürəti aşağı düşür. Eləcə də əlilliyə görə pensiyaya çıxanların say artımı son 3 ildə 2 dəfə aşağı enmişdir. Bu da onu göstərir ki, pensiya islahatlarının aparılması üçün əlverişli demoqrafik şərait yaranmışdır. Çünki hazırda pensiyaya çıxanlar əsas etibarilə İkinci Dünya müharibəsi dövründə doğulan qadın və kişilərdən ibarətdir ki, həmin dövrdə də, məlum olduğu kimi, doğumun səviyyəsi xeyli aşağı düşmüşdü.

Təhlillərimiz göstərir ki, 2012-ci ilə qədər əmək qabiliyyətli yaşda olan əhalinin sayının daha üstün artması hesabına, pensiya yaşda olan əhalinin əmək qabiliyyətli yaşda olan əhaliyə olan nisbəti aşağı düşəcək, başqa sözlə, bir pensiyaçıya düşən əmək qabiliyyətli əhalinin sayı artacaqdır.

Hazırda ölkədə 1 nəfər işləməyən əmək pensiyaçısına düşən uçotda olan sığortaolunanların sayı 1,4 nəfər təşkil edir və bu göstəricinin artırılması üçün DSMF tərəfindən mühüm tədbirlər həyata keçirilir. Bu tədbirlər nəticəsində uçotda olanların sayı keçən il ərzində təqribən 130 min nəfər artmış, ödənilən əmək haqlarının leqallaşdırılması dərəcəsi yüksəlmişdir. Təbii ki, bu göstəriciyə ölkəmizdə son dövrlər daim artan iş yerləri güclü təsir etmişdir. Ən başlıcası isə, irəliləyişlərin əldə olunmasında Sizin hüquqi və fiziki şəxslərin uçotu və qeydiyyatı üzrə məlumat bazalarının eyniləşdirilməsi üçün verdiyiniz göstəriş xüsusi rol oynamışdır və buna görə Sizə bir daha təşəkkürümü bildirirəm.

Lakin təkcə inzibati tədbirlərə əsaslanmaqla, qarşıya qoyulmuş məqsədlərə tam mənada nail olmaq çox çətindir. Dünya təcrübəsi təsdiq edir ki, vətəndaşların pensiyalarının ödənilmiş sığorta haqqı məbləğlərinə əsaslanmaqla hesablanması sisteminə keçmədən, hər bir işləyəni özü üçün sığorta haqlarının daha çox ödənilməsində maraqlı tərəfə çevirmək mümkün deyildir.

Məhz “Azərbaycan Respublikasında pensiya islahatı Konsepsiyası” da hər bir sığortaolunan üçün ödənilən sosial sığorta haqları ilə onun pensiya təminatı arasında birbaşa əlaqənin təmin olunması sisteminin yaradılmasını nəzərdə tutur. Yeni sistemin əsas məzmunu sığortaolunanlar üçün ödənilən sosial sığorta haqlarının fərdi uçotunun qurularaq, vətəndaşların pensiya təminatının həmin uçotun məlumatlarına əsaslanmaqla aparılmasından ibarətdir.

İslahat konsepsiyasında fərdi uçota dair məlumata əsaslanan pensiyaların hesablanmasına başlanması və yeni pensiya orqanının tam fəaliyyətinin təmin olunması üçün işlərin 2005-ci ildə yekunlaşdırılması nəzərdə tutulmuşdu. Məruzə etdiyim kimi, Dövlət Sosial Müdafiə Fondu tərəfindən yeni sistemin fəaliyyəti üçün hazırlıq tədbirləri artıq başa çatdırılmaqdadır.

2005-ci ildə Fondun Naxçıvan Muxtar Respublikasındakı orqanı, Naxçıvan şəhər şöbəsi, Babək, Kəngərli, Siyəzən və Abşeron rayon şöbələri üçün yeni inzibati binalar tikilmiş, müvafiq avadanlıqla tam təchiz olunaraq istismara verilmiş, Xaçmaz, Qusar, Yevlax, Biləsuvar, Beyləqan, Xanlar, Qəbələ, Göyçay, Qax şöbələrinin inzibati binaları isə islahatların aparılması üçün tələb olunan səviyyədə yenidən qurulmuşdur.

İslahatların mühüm həlqəsi kimi pensiya və müavinətlərin əhaliyə çatdırılmasında müasir texnologiyaların tətbiqinə nail olunmuşdur. Hazırda Bakı və Sumqayıt şəhərlərində 164 bankomat və 115 POS-terminal vasitəsilə 272 min nəfərdən çox pensiyaçıya pensiyalar plastik kartlarla ödənilir. Respublikanın digər şəhər və rayon mərkəzlərində yaşayan 232 min pensiyaçı da 176 bankomat və 56 POS-terminal vasitəsilə bu sistemlə əhatə olunmuşdur. Beləliklə, ümumilikdə, 504 min nəfərdən çox pensiyaçıya (ümumi pensiyaçıların 37 faizi) pensiya və müavinətlərin ödənişi plastik kartlarla aparılmaqdadır. Digər pensiyaçıların da bu sistemlə əhatə olunması üçün tədbirlər görülür.

2006-cı ildən ölkəmizdə yeni pensiya sisteminin fəaliyyətə başlaması üçün pensiya təminatına dair yeni qanunvericiliyin tətbiqi mühüm əhəmiyyət kəsb edir. Fürsətdən istifadə edib, bu işə yaxından göstərdiyiniz dəstəyə görə Sizə dərin təşəkkürümü bildirirəm. Hazırda “Əmək pensiyaları haqqında” və “Dövlət sosial müavinətləri haqqında” qanun layihələri Milli Məclisdə ikinci oxunuşdan keçmək üçün komissiyalarda müzakirə olunmaqdadır. Ümid edirəm ki, həmin layihələr tezliklə qəbul olunacaq və bununla da Azərbaycan Respublikasında aztəminatlı əhalinin sosial müdafiəsi sahəsində tamamilə yeni bir sistemi formalaşdıran qanunvericilik bazası yaradılmış olacaqdır. Yəni bu sahədə olan 3 qanun – “Əmək pensiyaları haqqında”, “Dövlət sosial müavinətləri haqqında” və “Ünvanlı sosial yardım haqqında” qanunlar əhalinin bütün aztəminatlı təbəqələrinin sosial müdafiəsini ünvanlı qaydada təmin edəcəkdir.

Cənab Prezident!

Ölkəmizin islahatlarda qabaqcıl mövqeyi barədə beynəlxalq aləmdəki rəyin daha da möhkəmlənməsinin nəticəsidir ki, Beynəlxalq Sosial Təminat Assosiasiyası özünün sentyabr ayındakı Avropa toplantısını Bakıda keçirmişdir. 23 Avropa, MDB və Baltikyanı dövlətlərin sosial sığorta və pensiya fondlarının rəhbərləri və səlahiyyətli şəxsləri, BMT, Avropa Şurası, Beynəlxalq Əmək Təşkilatı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı kimi beynəlxalq qurumların 100-ə yaxın nümayəndəsinin qatıldığı həmin toplantı və orada qəbul olunan Bakı bəyannaməsi ölkəmizin beynəlxalq imicinin daha da möhkəmləndirilməsinə bir töhfədir.

“Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun potensialının gücləndirilməsi” layihəsinə dair BMT-nin İnkişaf Proqramı ilə imzalanmış sazişə uyğun olaraq, respublikanın pilot əraziləri seçilmiş, sığortaolunanların fərdi uçot sisteminin tətbiqinə başlanılmışdır. 1 milyon 500 min ədəd sosial sığorta şəhadətnaməsi hazırlanaraq Fonda gətirilmişdir. Onların doldurulması üçün müvafiq çap xətti qurularaq sınaqdan çıxarılmış və vətəndaşlarımızın müasir standartlara uyğun şəhadətnamələri identifikasiya olunmağa başlanmışdır.

Cənab Prezident, icazənizlə, 1 nömrəli sosial sığorta şəhadətnaməsini Sizə təqdim etmək istərdim.

Möhtərəm cənab Prezident!

Sonda Sizi əmin etmək istəyirəm ki, Dövlət Sosial Müdafiə Fondunun kollektivi ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi məqsəd və prinsiplər əsasında, Sizin rəhbərliyiniz altında sürətli iqtisadi inkişafın təmin edilməsi, habelə əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi və yeni sosial sığorta-pensiya sisteminin qurulması tədbirlərinin layiqincə icrası üçün bütün imkan və bacarığını daim səfərbər edəcəkdir.

Diqqətinizə görə təşəkkür edirəm.

İLHAM ƏLİYEV: Pensiyaların səviyyəsi, əlbəttə ki, bizi qane edə bilməz. Düzdür, bu istiqamətdə müsbət irəliləyiş var, amma kifayət qədər deyildir. Mən ümid edirəm ki, 2006-cı ildə ciddi dönüş yaranacaq və bizim pensiyaçılarımız da yaxşı pensiya almalıdırlar. Həm minimum əmək haqqı, həm də pensiya insanların minimum tələbatını ödəməlidir. Bu gün nə minimum əmək haqqı bu tələbatı ödəyir, nə də pensiya. Ona görə bu istiqamətdə addımlar atılacaqdır. Hər halda, biz problemi bilirik və bunun həlli yollarını da bilirik. Əminəm ki, yaxın zamanlarda pensiyalar qalxacaq və 1 milyon 300 min insan daha da yaxşı yaşayacaqdır.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev iclasa yekun vurdu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Enn Karsonun yaradıcılığında klassik irslə müasirlik arasında poetik dialoq qurulur - Şükufə Vəliyeva

Qızıl 70 dollaradək bahalaşıb

Birjalarda neft ucuzlaşıb

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir YENİLƏNƏCƏK

Zelim Kotsoyev bu gün dünya çempionatında mübarizəyə başlayacaq

20, 55 və 104 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb

Azərbaycanın MDB-də artan rolu: Avaza Sammiti yeni əməkdaşlıq mərhələsini müəyyənləşdirir

Bu gün Ümumdünya Poçt Günüdür

Çin Avropa Parlamentinin hesabatına sərt etirazını bildirib

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib YENİLƏNİB

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Azərbaycan-MDB əməkdaşlığı: Əsas istiqamətlər və perspektivlər TƏHLİL

İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Prezident İlham Əliyev: Trampın regionumuzda sülh səylərinin bu il Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcəyinə ümid edirik

İran uzunmüddətli müharibə üçün kifayət qədər silah istehsal etdiyini bildirib

“Axios”: Vitkoff və Kuşner oktyabrın sonunda Moskvaya səfər edə bilər

İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq edəcək

“Politico”: ABŞ 100 min ukraynalı qaçqını ölkədə qalmaq hüququndan məhrum edə bilər

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında daimi nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox şəxs saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib VİDEO

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib VİDEO

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu