Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlət Statistika Komitəsində ötənilki fəaliyyət və cari ildə qarşıda duran vəzifələr müzakirə edilib

Bakı, 7 fevral, AZƏRTAC

Fevralın 7-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi aparatının, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi, şəhər və rayon statistika idarələri rəhbərlərinin iştirakı ilə statistika orqanlarının ötən ildəki fəaliyyəti və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclası keçirilib.

Komitədən AZƏRTAC-a bildirilib ki, iclasda məruzə ilə çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən illərdə uğurla reallaşdırılan sosial-iqtisadi islahatların nəticəsi olaraq respublikamızın dünyanın sürətli inkişaf yolunda irəliləyən, qlobal maliyyə, geosiyasi və iqtisadi böhrandan uğurla çıxan, özünəməxsus milli inkişaf modelini yaradan dövlətlərindən biri kimi tanındığını diqqətə çatdırıb. Qeyd edib ki, artıq keçid dövrünü geridə qoyan ölkəmizin hərtərəfli inkişafı son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub ki, bu mərhələdə də əsas məqsədlərdən biri uzunmüddətli və dinamik sosial-iqtisadi inkişafın dayanıqlılığının təmin edilməsidir. Bildirib ki, ölkə başçısının həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir ki, 2018-ci illə müqayisədə 2019-cu ildə iqtisadi artım 2,2 faiz təşkil edib, o cümlədən qeyri-neft-qaz sektoru 3,5 faiz, kənd təsərrüfatı 7,2 faiz, qeyri-neft-qaz sənaye məhsulu 14,3 faiz, əhalinin nominal gəlirləri 7,4 faiz artıb. Ümumilikdə, son 16 ildə ölkəmizdə ümumi daxili məhsul istehsalı 3,4 dəfə, o cümlədən qeyri neft-qaz sektoru üzrə 2,9 dəfə, sənaye məhsulu istehsalı 2,7 dəfə, o cümlədən qeyri neft-qaz sənayesi üzrə 2,7 dəfə, əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi 2,9 dəfə, yük daşınması 2,1 dəfə, informasiya və rabitə xidmətlərinin həcmi 14,2 dəfə, dövlət büdcəsinin gəlirləri 20 dəfə, xərcləri 19,8 dəfə, əhalinin nominal gəlirləri 9,9 dəfə, minimum əməkhaqqı 27,8 dəfə, əmək pensiyasının minimum məbləği 10 dəfə, xarici ticarət dövriyyəsi 6,4 dəfə, o cümlədən idxal 5,2 dəfə, ixrac 7,6 dəfə, qeyri neft-qaz məhsullarının ixracı 5,2 dəfə artıb, işsizlik səviyyəsi 9,2 faizdən 4,8 faizə, yoxsulluq səviyyəsi 44,7 faizdən 4,8 faizə enib, bu illər ərzində 2 milyon 369 min iş yeri yaradılıb.

Komitə sədri Prezident İlham Əliyevin rəsmi statistikanın beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq həyata keçirilən islahatlar və qurumun 2019-cu ildəki fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat perspektivi və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol xəritələrində qarşıya qoyulmuş hədəf və prioritetlərə çatma vəziyyətinin qiymətləndirilməsi üçün informasiya təminatının təkmilləşdirilməsi, inzibati məlumat mənbələrindən istifadənin genişləndirilməsi və milli statistika sistemində aparılan islahatların daha da sürətləndirilməsi məqsədilə zəruri tədbirlər görülür, “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı” uğurla icra olunur. Statistik infrastrukturun yenilənməsi, statistik istehsal prosesinin səmərəliliyinin yüksəldilməsi, milli və beynəlxalq tələblər nəzərə alınmaqla hesabat formalarının və metodoloji tövsiyələrin təkmilləşdirilməsi, habelə statistik vahidlərlə və istifadəçilərlə işlərin təşkili sahəsində mühüm tədbirlər həyata keçirilib. Dövlət Proqramı çərçivəsində Zərdab, Göygöl və Şamaxı rayon statistika idarələrinin yeni inzibati binaları tikilərək istifadəyə verilib.

Kollegiya iclasında vurğulanıb ki, əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də Dövlət Statistika Komitəsi rəsmi statistika məlumatlarının müasir tələblərə uyğun hazırlanmasını, ölkədə statistika sisteminin təkmilləşdirilməsi və inkişafı məsələlərini diqqət mərkəzində saxlamış və öz fəaliyyətini Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılaraq təsdiq edilmiş 2019-cu il üçün statistik işlər proqramı, metodoloji və məlumat istifadəçiləri ilə iş planı, iqtisadi təhlil üzrə rüblük iş planları əsasında qurub və qarşıya qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nail olunub. Qeyd edilib ki, “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 sentyabr tarixli Fərmanının icrasını təmin etmək məqsədilə “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 dekabr tarixli qərarına uyğun olaraq Dövlət Statistika Komitəsinin üzərinə düşən vəzifələrin icrası vaxtında təmin edilib, 2019-cu il oktyabrın 1-10-da Azərbaycan Respublikasında əhalinin növbəti siyahıyaalınması keçirilmişdir.

Bildirilib ki, innovativ texnologiyalar əsasında statistik potensialın gücləndirilməsi məqsədilə Dövlət Statistika Komitəsi tərəfindən zəruri addımlar atılır, bir çox beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrin aidiyyəti qurumları ilə fəal əməkdaşlıq edilir, qabaqcıl ölkələrdə tətbiq edilən innovativ yanaşmalar və ən yeni standartlar öyrənilərək onların milli statistika sisteminə inteqrasiyası həyata keçirilir. İstifadəçilərin statistik məlumatlardan daha səmərəli şəkildə yararlanmağını təmin etmək məqsədilə komitənin internet səhifəsində “Şəxsi kabinet” bölməsi yaradılıb.

Statistika sahəsində İKT-nin inkişafı və ticarət şəbəkələri ilə partnyor münasibətlərinin yeni müstəvidə qurulması istehlak qiymətlərinin qeydiyyatı prosesini daha da təkmilləşdirməyə imkan verib. Belə ki, Bakı və ölkənin digər iri şəhərlərində fəaliyyət göstərən iri ticarət şəbəkələri ilə əldə olunmuş razılığa əsasən 2019-cu ilin yanvarından etibarən Dövlət Statistika Komitəsinə elektron formada təqdim olunan pərakəndə satış qiymətlərinə dair məlumatların istehlak qiymətləri indeksinin hesablanması üçün nəzərdə tutulan məlumat bazasına inteqrasiyasına başlanılıb. Ticarət şəbəkələrindən qiymət məlumatlarının elektron formada əldə olunması istehlak qiymətləri indeksinin hesablanmasının keyfiyyətinin artırılmasına imkan yaratmaqla yanaşı, MDB məkanında ilk təcrübə olub.

Diqqətə çatdırılıb ki. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin kollegiyasının 2016-cı il 17 noyabr tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət xidmətlərinin “ASAN xidmət” indeksi” üzrə qiymətləndirilməsi Qaydaları”na uyğun olaraq, Dövlət Statistika Komitəsi tərəfindən göstərilən xidmətlərlə bağlı “ASAN xidmət” indeksi” üzrə agentliyin 2019-cu ildə apardığı qiymətləndirmənin nəticələrinə əsasən tərtib edilmiş reytinq cədvəlində Dövlət Statistika Komitəsi 38 qurum (o cümlədən 21-i mərkəzi icra hakimiyyəti orqanı) arasında 2-ci mövqedə qərarlaşıb. Dayanıqlı İnkişaf Məqsədləri (DİM) barədə həm qlobal, həm də milli səviyyədə ətraflı məlumatların geniş kütləyə çatdırılması, habelə DİM-ə milli səviyyədə nailolma vəziyyətinin monitorinqi və qiymətləndirilməsi, DİM sahəsində maarifləndirmə, qabaqcıl təcrübələr, həyata keçirilən tədbirlər və baş verən yeniliklər barədə ictimaiyyətin məlumatlandırılması üçün əlverişli informasiya mühiti yaradan vahid milli onlayn məlumat mənbəyi yaradılıb. Azərbaycan və ingilis dillərində olan Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli Məlumatlandırma Portalı Dövlət Statistika Komitəsinin serverində “sdg.azstat.org” ünvanında yerləşdirilib.

Qeyd olunub ki, 2019-cu ildə Dövlət Statistika Komitəsinin əsas fəaliyyət istiqamətlərindən biri də metodoloji bazanın möhkəmləndirilməsi olmuş, BMT, Avrostat, Beynəlxalq Valyuta Fondu (BVF), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı (BƏT) və digər beynəlxalq təşkilatların metodologiyalarına uyğunlaşdırılmaqla 53 metodoloji material hazırlanıb. Onlardan 35-i rəsmi statistika hesabatı formalarının tərtib olunmasına, 18-i isə statistik müayinələrin keçirilməsinə, müəllim-şagird nisbətinə dair ölkə üzrə göstəricilərin müəyyən edilməsinə dair metodologiyaya, əhalinin müxtəlif təbəqələrinin ərzağa əlyetərlik səviyyəsini xarakterizə edən və mikro, kiçik və orta sahibkarlıq statistikası üzrə göstəricilər sistemlərinə aid olub.

Bildirilib ki, hesabat dövründə Dövlət Statistika Komitəsinin fəaliyyətinin əsas istiqamətlərindən biri də beynəlxalq təşkilatlarla məlumat mübadiləsi təşkil edib ki, ötən ildə BMT və onun regional təşkilatları, Avropa İttifaqı, BVF, BƏT, UNİSEF, UNESKO, Dünya Bankı, Asiya İnkişaf Bankı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Avrostat, MDB Dövlətlərarası Statistika Komitəsi və bir sıra digər beynəlxalq təşkilatlarla, həmçinin dünya ölkələrinin milli statistika xidmətləri ilə fəal əməkdaşlıq davam etdirilib. Milli metodologiyaların beynəlxalq standartlara uyğunlaşdırılması, təcrübə mübadiləsinin aparılması, inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsinin öyrənilməsi və tətbiqi, beynəlxalq məlumat portallarında Azərbaycana aid statistik məlumatların yoxlanılması, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması istiqamətində beynəlxalq təşkilatlarla və onların Azərbaycandakı nümayəndəlikləri ilə işlərin təşkili əsas vəzifələrdən biri olub. “Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi” və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi arasında “Azərbaycan Respublikasında Statistik Kadr Potensialının Gücləndirilməsi” layihələri yekunlaşıb. Bundan başqa, Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi və Niderland Mərkəzi Statistika Bürosu arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumları imzalanıb.

Qeyd edilib ki, ölkə və onun regionları üzrə sosial-iqtisadi vəziyyəti əks etdirən icmal statistik və təhlili məlumatlarla idarəetmə orqanlarının və digər istifadəçilərin təmin edilməsi məqsədilə aparatın şöbələri və yerli statistika orqanları tərəfindən il ərzində ümumilikdə 2080 təhlili məruzə və 33 statistik məcmuə hazırlanıb. Komitənin internet səhifəsi (“www.stat.gov.az”) istifadəçilərin maraqlarının təmin edilməsi baxımından müntəzəm olaraq təkmilləşdirilib və yenilənib, respondentlərin yerli statistika orqanlarına gəlmədən hesabat məlumatlarını elektron formada təqdim etmələri üçün zəruri tədbirlər həyata keçirilib. Nəticədə rəsmi statistika hesabatlarının onlayn rejimdə elektron formada qəbulu 95 faizi ötüb, statistik hesabatları elektron formada internet vasitəsilə təqdim etmək üçün il ərzində 2,9 milyon müraciət daxil olub, bununla da vətəndaş-məmur təmaslarının səviyyəsi minimuma endirilib, eyni zamanda, statistik məlumatların işlənməsi və təhlili imkanları yüksəlib.

Daha sonra 2019-cu ildə də statistika sistemində aparılmış sistemli islahatlar, hesabat intizamı, metodologiyaların hazırlanması, statistik vahidlər və istifadəçilərlə işlərin təşkili, inzibati məlumatlardan istifadə, statistika məlumatlarının toplanmasında, emalında və yayılmasında informasiya texnologiyalarının tətbiqi, məlumatların keyfiyyətinin artırılması, DİM və Strateji Yol Xəritələrində nəzərdə tutulmuş tapşırıqların icrası istiqamətində statistika orqanları tərəfindən görülmüş əsas işlər barədə hesabat müzakirə edilib, əldə olunan nailiyyətlərlə, həmçinin yol verilmiş nöqsan və çatışmazlıqlarla bağlı Dövlət Statistika Komitəsi aparatının şöbə müdirlərinin və yerli statistika orqanlarının rəhbərlərinin çıxışları dinlənilib.

Sonda kollegiya iclasına yekun vuran Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov qarşıda duran vəzifələrin vaxtında və keyfiyyətlə icrası üçün qurumun müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam