“Dövlət və hüquq quruculuğunun aktual problemləri” mövzusunda XI Respublika konfransı başa çatmışdır
Bakı, 12 may (AZƏRTAC). Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş “Dövlət və hüquq quruculuğunun aktual problemləri” mövzusunda XI Respublika elmi-praktiki konfransı mayın 12-də başa çatmışdır.
AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən alim və mütəxəssislər ulu öndər Heydər Əliyevin ölkəmizdə hüquqi, dünyəvi, demokratik dövlət quruculuğunda tarixi xidmətlərindən danışmışlar.
Sonra bölmə iclasları olmuş, “Hüquqi düşüncə və hüquq”, “Mülkiyyət hüququnun ümumi səciyyəsi və növləri”, “Əmək hüquq münasibəti və onun xüsusiyyətləri” və digər mövzularda məruzələr dinlənilmiş, geniş müzakirələr aparılmışdır.
Azərbaycan, Rusiya, Gürcüstan, Almaniya və digər ölkələrdən olan alim və mütəxəssislərin iştirak etdikləri konfransa 270-dək məqalə və məruzə təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]