Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlətqaçqınkomda Avropa İttifaqı Şurasının işçi qrupunun üzvləri ilə görüş olub

Bakı, 28 noyabr, AZƏRTAC

Noyabrın 28-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Avropa İttifaqı Şurasının Avropa və Mərkəzi Asiya üzrə işçi qrupunun üzvləri ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə ətraflı məlumat verib. Ermənilərin əzəli Azərbaycan torpaqlarına köçürülməsinə 200 il əvvəl başlandığını vurğulayan Əli Həsənov onların özlərinin 1978-ci ildə ucaltdıqları “Marağa-150” abidəsinin, eləcə də Rusiya imperiyasının arxiv sənədlərinin bunu sübut etdiyini vurğulayıb.

Baş nazirin müavini qeyd edib ki, ermənilərin əzəli torpaqlarımıza köçürüldüyü vaxtdan bölgədə etnik və milli zəmində problemlər yaşanıb, azərbaycanlılar kütləvi soyqırımlarına və deportasiyaya məruz qalıblar. Bu, çar Rusiyasının, sonrakı dövrdə isə Sovet İttifaqı rəhbərliyinin məqsədyönlü şəkildə həyata keçirdiyi dövlət siyasəti idi. Xalqımıza qarşı etnik təmizləmə siyasəti nəticəsində bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb. Halbuki hazırda təkcə Bakıda 30 min erməni yaşayır. Ermənilər dünya ictimaiyyətini Sumqayıt hadisələri zamanı azərbaycanlılar tərəfindən guya qırğına məruz qaldıqları barədə uydurmalara inandırmağa çalışırlar. Əslində həmin hadisələrin SSRİ xüsusi xidmət orqanları və ermənilərin özləri tərəfindən əvvəlcədən təşkil edildiyinə dair kifayət qədər dəlil-sübutlar var. Qəsdən törədilmiş Sumqayıt hadisələrindən sonra Dağlıq Qarabağda separatçı hərəkat başladı, Ermənistandan 250 mindən çox azərbaycanlı deportasiya edildi.

Əli Həsənov diqqətə çatdırıb ki, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həlli ilə bağlı mötəbər beynəlxalq qurumların, o cümlədən BMT Təhlükəsizlik Şurasının, ATƏT-in, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının qəbul etdikləri qərar və qətnamələrin tələblərini Ermənistan hələ də yerinə yetirmir. Məsələnin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu iyirmi ildən artıq müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, ortaya heç bir səmərəli nəticə qoymayıb. Azərbaycan bölgədə sabitliyin, əmin-amanlığın təmin olunmasında, əməkdaşlığın inkişafında maraqlıdır. Bunun üçün ilk növbədə, beynəlxalq qurumların qətnamələri yerinə yetirilməli, Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir. Ermənistan intensiv olaraq, danışıqlar prosesini pozur. Ermənistan hakimiyyəti münaqişənin həllini istəmir və qeyri-konstruktiv mövqe tutmaqda davam edir. Dünya birliyi isə işğalçı ölkəyə heç bir təzyiq göstərmir.

Müstəqilliyinin ilk illərində bütün sahələrdə ciddi böhranla üzləşən Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün problem ilə də qarşı-qarşıya qaldığını vurğulayan Əli Həsənov həmin vaxt beynəlxalq humanitar təşkilatların ölkəmizə fəal yardım göstərdiyini bildirib. Qeyd edib ki, son 20 ildə Azərbaycanda qaçqın və məcburi köçkünlərlə bağlı 7 milyard dollara yaxın vəsait xərclənib. Bu illər ərzində salınmış 95 müasir tipli qəsəbədə ümumilikdə 250 mindən çox məcburi köçkün məskunlaşdırılıb.

Ermənistanın kriminal rəhbərliyinin yürütdüyü siyasət nəticəsində işğalçı ölkənin regionda reallaşdırılan mühüm layihələrdən təcrid edildiyini vurğulayan Əli Həsənov deyib: “Bu rejim işğalçılıq siyasəti ilə öz xalqını da ağır vəziyyətə salıb. Siz həm Azərbaycana, həm də Ermənistana səfər edir və hər iki ölkədə vəziyyəti müqayisəli şəkildə qiymətləndirə bilirsiniz. Ermənistanın faşist rejiminin siyasəti nəticəsində ölkə regionda reallaşdırılan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum və digər mühüm layihələrdən kənarda qalıb. Bu ölkədə vəziyyət gündən-günə gərginləşir, əhali xarici ölkələrə üz tutur”.

Azərbaycan Respublikasının Avropa İttifaqı ilə strateji tərəfdaşlığa dair saziş layihəsini ötən il təqdim etdiyini söyləyən Əli Həsənov Avropa İttifaqı Şurası tərəfindən ölkəmizlə hərtərəfli razılaşmanın hazırlanması üzrə danışıqların aparılması üçün Avropa Komissiyasına və xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəyə mandatın verilməsinin önəmini yüksək qiymətləndirib.

Sonra Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard çıxış edərək geniş tərkibli nümayəndə heyətinin ölkəmizə səfərinin Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafına töhfə verməsi baxımından önəmini qeyd edib. M.Mard Avropa İttifaqı Şurası tərəfindən Azərbaycan Respublikası ilə hərtərəfli razılaşmanın hazırlanması üzrə danışıqların aparılması üçün Avropa Komissiyasına və xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndə Federiko Moqeriniyə mandatın verilməsinin bu istiqamətdə atılan növbəti uğurlu addım olduğunu bildirib.

Avropa İttifaqı Şurasının Avropa və Mərkəzi Asiya üzrə işçi qrupunun rəhbəri xanım Vinot Karolin bildirib ki, Azərbaycan Avropa İttifaqı üçün təkcə enerji sahəsində deyil, eyni zamanda, dünyəvilik baxımından da vacib tərəfdaşdır. “Münasibətlərimizi yeni səviyyəyə qaldırmaq istəyir və düşünürük ki, bunun üçün geniş potensial var. Avropa İttifaqı “Şərq tərəfdaşlığı” proqramının əhəmiyyətini yüksək qiymətləndirir. Qurum bu proqramda iştirak edən ölkələrin ərazi bütövlüyünü dəstəkləyir, həmin dövlətlərin ərazilərində baş verən problemlərin sülh yolu ilə həllinə çalışır”, - deyə Vinot Karolin vurğulayıb.

Sonra Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri nümayəndə heyəti üzvlərinin suallarını cavablandırıb.

Görüşdən sonra Avropa İttifaqı Şurasının Avropa və Mərkəzi Asiya üzrə işçi qrupunun üzvləri Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış məhəllədə yaradılan şəraitlə tanış olublar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Kür” bu gün “APOEL” klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib