DÖVRİYYƏDƏ OLAN PUL KÜTLƏSİ 28,7 FAİZ ARTMIŞDIR
Bu il aprelin 1-dək dövriyyədə olan pul kütləsinin ümumi həcmi 2504,4 milyard manat olmuşdur. Milli Bankın mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu, 2004-cü il yanvarın 1-nə olan göstəricidən 3,5 faiz az, ötən il aprelin 1-i ilə müqayisədə isə 28,7 faiz çoxdur.
Pul kütləsinin ümumi həcminin 1856,9 milyard manatı nağd, 647,5 milyard manatı isə nağdsız pul kütləsidir. Aprelin 1-nə olan məlumata görə, ötən ilin eyni dövrünə nisbətən nağd pul kütləsi 19,2 faiz, nağdsız pul kütləsi isə 66,8 faiz artmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [10:54]
Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar
- 01.10.2026 [10:45]