Dövriyyədəki ödəniş kartlarının sayı 12,2 milyon ədəd olub
Bakı, 27 iyul, AZƏRTAC
Bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı iyun ayının sonunda ötən aya nəzərən 225 min ədəd artaraq 12 milyon 244 min ədəd təşkil edib.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 21,8 faiz artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 20,8 faiz, kredit kartları üzrə 28,9 faiz təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 76 min, kredit kartları 348 min, digər kartlar isə 1,8 milyon ədəd artıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]