Drezden şəhərində Şuşanın işğalının 19-cu ildönümü ilə bağlı tədbir olmuşdur
Bakı, 10 may (AZƏRTAC). Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, Almaniyanın Drezden şəhərində fəaliyyət göstərən “Almaniya-Azərbaycan” Cəmiyyəti hər il olduğu kimi, bu il də Şuşa şəhərinin işğalı gününə həsr olunmuş tədbir təşkil etmişdir. Tədbirdə Azərbaycan diasporu ilə yanaşı türk, alman, yəhudi və rus diasporunun nümayəndələri də iştirak etmişlər.
Tədbir iştirakçıları Şuşanın işğalı, erməni təcavüzkarları tərəfindən BMT-nin 4 qətnaməsinə məhəl qoymadan atəşkəsin daima pozulması, sərhədyanı ərazilərdə yaşayan dinc əhalinin snayper atəşinə tutulması, xüsusilə də azyaşlı körpələrin qətlə yetirilməsi haqqında məlumat vermişlər. Mərasimdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan torpaqlarının işğal olunmasından bəhs edən sənədli film nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]
BMT-də beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən danışılıb
- 08.09.2026 [22:26]