Dubayın əsas magistrallarından biri “EXPO-2020”nin şərəfinə adlandırılıb
Dubay, 20 yanvar, AZƏRTAC
Dubayın əsas magistrallarından biri “EXPO-2020”nin şərəfinə adlandırılıb.
AZƏRTAC xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktum “Jebel Ali Lehbab Road” magistralının adının dəyişdirilərək “EXPO Road” adlandırılması barədə sərəncam imzalayıb.
Magistralın adının dəyişdirilməsi Yaxın Şərq, Şimali Afrika və Cənub-Qərbi Asiya regionunda ilk dəfə təşkil olunacaq “EXPO-2020” beynəlxalq sərgisi ilə əlaqədardır. Sərgi 2020-ci il oktyabrın 20-dən 2021-ci il aprelin 10-dək Dubayda keçiriləcək.
Dubayın Yollar və Nəqliyyat İdarəsi (RTA) bildirib ki, hazırda yolun əvvəlki adı ilə bağlı 68 göstəricinin hamısı dəyişdirilib. “EXPO Road” magistralı Əmirliklərin “Jebel Ali Free Zone Authority”, “Dubai South” və “Dubai Investment Park” kimi bir neçə mühüm məntəqələrinə, həmçinin bilavasitə sərginin keçiriləcəyi əraziyə aparır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Dubay
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.09.2026 [12:39]
Barro: Fransa istənilən təhlükəyə və təcavüzə qarşı hazırlanır
- 18.09.2026 [11:55]
Hörmüz boğazında gəmi vurulub
- 18.09.2026 [11:00]
Atlantik okeanında son 60 ilin ən uzun qasırğasız dövrü yaşanır
- 18.09.2026 [10:49]
Fransada ailə böhranı: maddi çətinliklər ailələrin uşaq planlarını dəyişir
- 18.09.2026 [09:35]
Tokayev ölkənin üç dövlət qurumunun rəhbərini təyin edib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Hörmüz boğazında gəmi vurulub
- [11:55]
İsveçdə seçkilərdə azərbaycanəsilli namizədlər mandat qazanıblar
- 17.09.2026 [23:53]
Almaniya Kansleri və ABŞ Prezidenti arasında telefon danışığı olub
- 17.09.2026 [23:15]
Böyük Britaniyada kirayə qiymətləri ilin ən yüksək artım tempinə çatıb
- 17.09.2026 [22:54]
ABŞ Səudiyyə Ərəbistanına 48 ədəd F-35 qırıcısının satışına razılıq verib
- 17.09.2026 [22:16]