Dünya çempionu: Azərbaycana qızıl medalla qayıdacağıma inanırdım
Bakı, 29 may, AZƏRTAC
“Azərbaycana qızıl medalla qayıdacağıma inanırdım”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Yaponiyanın Kobe şəhərində təşkil olunmuş dünya çempionatında qızıl medal əldə edən Azərbaycan paraatleti Orxan Aslanov deyib.
O, nəticəyə görə xoşbəxt olduğunu bildirib: “Komanda şəklində Vətənə 4 medalla qayıtmaq qürurverici hissdir. Əlbəttə ki, bunu dünya çempionatı kimi nüfuzlu yarışda bacaranda emosiyalar tam fərqli olur. Əziyyətimizin bəhrəsini gördük. Bizi dəstəkləyən hər kəsə təşəkkür edirəm”.
“Paris-2024” Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançı medal şanslarını dəyərləndirib: “Hər zaman daha yüksək nəticə qazanmaq hədəfi ilə yola çıxıram. Əlimdən gələni edəcəyəm ki, Fransa paytaxtında da Azərbaycanı layiqincə təmsil edim”.
Xatırladaq ki, Azərbaycan paraatletlərindən Lamiyə Vəliyeva (T13) 100 və 400 metr məsafəyə qaçışda, Orxan Aslanov (T13) və Səid Nəcəfzadə (T12) isə uzunluğa tullanma üzrə yarışda qızıl medal qazanıblar. Yarışı ümumilikdə 4 qızıl mükafatla başa vuran yığma ilk dəfə mundialda medal əyarına görə belə nəticə göstərib. Bu qələbəyədək ən yaxşı göstərici 2011-ci ildə Yeni Zelandiyada keçirilmiş dünya çempionatında (3 qızıl, 1 gümüş və 2 bürünc medal) qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [14:52]
Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 10.10.2026 [14:44]
Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub
- 10.10.2026 [14:23]
III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub
- 10.10.2026 [13:21]
Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur
- 10.10.2026 [11:39]
Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib
- 10.10.2026 [10:57]
Nazir: Azərbaycan idmana böyük maraq göstərir
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [22:17]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [21:27]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [21:16]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [21:06]
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib
- 09.10.2026 [20:29]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [20:16]