Dünya çempionumuz Ülvi Məmmədov karate üzrə beynəlxalq turnirin qalibi olub
Bakı, 18 iyun, AZƏRTAC
İyunun 17-18-də Gürcüstanın Batumi şəhərində karate üzrə açıq beynəlxalq turnir keçirilib. On ölkənin iştirak etdiyi beynəlxalq turnirdə milli komandamızın idmançıları da iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, ikinci dan qara kəmər sahibi, dünya çempionu tituluna sahib olan idmançımız - 84 kiloqram çəki dərəcəsində mübarizə aparan Ülvi Məmmədov keçirdiyi iki döyüşün hər birini qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, qələbəsini Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr edib.
Xatırladaq ki, Ülvi Məmmədov 2021-ci ilin oktyabrında Polşanın Katovis şəhərində 30-dan çox ölkənin iştirakı ilə keçirilən fudokan üzrə 25-ci Avropa çempionatında komanda döyüşlərində bürünc, 2021-ci ilin noyabrında Türkiyədə şotokan karate üzrə dünya çempionatında və 2022-ci ildə Qırğızıstanda keçirilən Açıq Asiya çempionatında gümüş medal qazanıb. Ötən il Çexiyanın Pardubitse şəhərində Dünya Şotokan Federasiyasının təşkilatçılığı ilə keçirilən 12-ci dünya çempionatında isə Ü.Məmmədov dünya çempionu, 2023-cü ilin aprelin 28-dən 30-dək Bolqarıstanın Kranevo şəhərində Avropa çempionu titullarına yiyələnib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.02.2026 [11:38]
Premyer Liqa: “Sabah” 50-ci, “Turan Tovuz” 25-ci ev qələbəsini qazanıb
- 11.02.2026 [11:34]
Arıçılıqda uğur düsturu: ABAD-ın dəstəyi və fərdi zəhmət bir arada VİDEO
- 11.02.2026 [11:33]
“Arsenal” transfer bazarında ən çox pul itirən klub olub
- 11.02.2026 [11:04]
“Kəpəz”in heç-heçəsiz oyunlar seriyası qırılıb
- 11.02.2026 [10:47]
Şahmat üzrə Azərbaycan çempionatında 1/8 final başlayır
- 11.02.2026 [10:25]
Dünya reytinqi: “Qarabağ” 9, “Sabah” 13 pillə irəliləyib
Azərbaycan nefti cüzi ucuzlaşıb
- [10:26]
Kanadada atışmada 8 nəfər ölüb
- [06:49]
Fransada şərab ixracı azalıb
- [03:26]
Virtual tələlər: oyunlar uşaqların psixologiyasını necə dəyişir?
- 10.02.2026 [23:23]
“Lufthansa” aviaşirkətinin pilot və bələdçiləri birgünlük tətil edəcəklər
- 10.02.2026 [23:10]
ABŞ klubunun meneceri: Nəriman komandaya yeni nəfəs gətirəcək
- 10.02.2026 [22:46]
ABŞ klubu azərbaycanlı futbolçunun transferini açıqlayıb
- 10.02.2026 [22:28]
Aprel ayında “ƏSA” Teatrı “Paris Notr-Dam” musiqili tamaşasını təqdim edəcək
- 10.02.2026 [22:09]
ABŞ ilə Azərbaycan hərbi-texniki sahədə əməkdaşlığı genişləndirir
- 10.02.2026 [21:49]
Azərbaycan və ABŞ süni intellekt sahəsində əməkdaşlıq edəcək
- 10.02.2026 [21:33]
Azərbaycan ilə ABŞ regional bağlantılar sahəsində tərəfdaşlığı gücləndirir
- 10.02.2026 [21:30]
Misli Premyer Liqası: “Neftçi” qələbə qazanıb
- 10.02.2026 [21:17]