DÜNYA ƏHALİSİNİN 191 MİLYON NƏFƏRİ MİQRASİYA ŞƏRAİTİNDƏ YAŞAYIR
Məlumatda göstərildiyi kimi, dünya əhalisinin artımı ilə yanaşı, miqrantların da sayı çoxalır. Son hesablamalara görə, bu gün planet əhalisinin 191 milyon nəfəri öz doğma vətənindən kənarda, xüsusilə inkişaf etmiş ölkələrdə məskunlaşmışdır. Miqrantların məskunlaşdırılması sahəsində ABŞ dünyada birinci yerdə gedir. 191 milyon nəfər köçkünün ən böyük hissəsi (38,4 milyonu) Birləşmiş Ştatlarda məskunlaşmışdır. ABŞ-ın ardınca Rusiya (12,1 milyon) – ikinci, Almaniya (10,1 milyon) isə üçüncü yerdədir.
BMT-nin məlumatında, həmçinin nəzərə çatdırılır ki, hazırda planet sakinlərinin hər iki nəfərindən biri yoxsulluq və səfalət həddində yaşamaqdadır.
191 milyon miqrantın təxminən yarısını əməksevər qadınlar təşkil edir. Onlar miqrasiya etdikləri ölkələrdən vətənlərindəki ehtiyac içində yaşayan ailələrini maddi cəhətdən dəstəkləyirlər.
Fondun hesablamalarına görə, inkişaf etmiş dövlətlərdə məskunlaşmış işləyən miqrantlar təkcə 2005-ci ildə vətənlərindəki ailələrinin hesabına maddi dəstək məqsədi ilə 232 milyard ABŞ dolları məbləğində pul vəsaiti köçürmüşlər.