DÜNYA KLASSİK BALETİNİN ULDUZLARI AZƏRBAYCAN OPERA VƏ BALET TEATRININ SƏHNƏSİNDƏ
AZƏRTAC Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının mətbuat xidmətinə istinadla xəbər verir ki, iyunun 24-də burada mövsümün son tamaşalarından biri - Adolf Adanın “Jizel” baletinin tamaşası göstəriləcəkdir. Baş rollarda rus və dünya klassik baletinin ulduzları - Anastasiya Voloçkova və Sankt-Peterburqun Mariinski adına Dövlət Akademik Opera və Balet Teatrının solisti Yevgeni İvançenko çıxış edəcəklər.
Anastasiya Voloçkova Rusiyanın əməkdar artisti, İngiltərədə keçirilən “Cazibədar balerina” klassik balet festivalının “Qran-Pri” və xüsusi prizinin sahibidir. O, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində ilk dəfə teatrın direktoru Akif Məlikovun dəvəti ilə 2000-ci ildə çıxış etmişdir. Həmin vaxt A.Voloçkovanın iştirakı ilə “Qu gölü” baletinin tamaşası böyük uğurla keçmişdi.
Hazırda baletsevərlərimiz bu gözəl və cazibədar balerina ilə görüşü çox səbirsizliklə gözləyirlər. Bu dəfə A.Voloçkova Jizel rolunda çıxış edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:19]
Klassik ənənə və müasir yanaşma: Beynəlxalq Muğam Mərkəzində növbəti konsert
- 10.06.2026 [13:54]