Dünya şöhrətli müğənni soydaşımız Sami Yusufdan Azərbaycana dəstək
Bakı, 29 sentyabr, AZƏRTAC
Böyük Britaniyada yaşayan dünya şöhrətli azərbaycanlı müğənni və bəstəkar Sami Yusuf cəbhə xəttində həyata keçirilən əks-hücumlarla əlaqədar Azərbaycan Ordusuna dəstəyini bildirib.
AZƏRTAC xəbər verir ki, sənətçi bununla bağlı “Tvitter” səhifəsində paylaşım edib.
“Düşüncələrim və dualarım Azərbaycanladır”, - deyə S.Yusif paylaşımda vurğulayıb.
O, bu paylaşımına “Qarabağ Azərbaycandır” həştəqini əlavə edib.