Dünyada 250 min uşaq hərbi münaqişələrə cəlb olunub
Vyana, 11 fevral, AZƏRTAC
Dünyanın müxtəlif regionlarında on minlərlə yeniyetmə oğlan və qızdan uşaq əsgər kimi sui-istifadə edilir.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı BMT-nin Uşaq Fondunun (UNICEF) Avstriya nümayəndəliyi 12 fevral - Uşaq əsgərlərdən istifadəyə qarşı beynəlxalq mübarizə günü münasibətilə yayıb. Məlumatda bildirilir ki, hazırda dünyanın müxtəlif bölgələrində, ümumilikdə, 250 min uşaq hərbi əməliyyatlara əsgər kimi cəlb edilib. Xüsusilə, Cənubi Sudan, Mərkəzi Afrika Respublikası, Konqo Demokratik Respublikası, Somali, Suriya və Yəməndə uzunmüddətli münaqişələrdə uşaqlardan döyüşçü kimi sui-istifadə edilir. Eləcə də Əfqanıstan, Mali və ya Myanmarda uşaqlar hərbi birləşmələrə yardımçı qüvvə kimi xidmət edirlər. Bununla yanaşı, uşaqlardan kamikadze kimi istifadə və onlara qarşı cinsi istismar da beynəlxalq təşkilatın tənqid hədəflərinə daxildir.
UNICEF beynəlxalq ictimaiyyəti uşaq hüquqlarının ən ağır formada pozulmasına qarşı çıxmağa və cəbhələr arasında qalan uşaqların hüquqlarının qorunması üçün həmrəylik göstərməyə çağırıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]