DÜNYANIN 18 ÖLKƏSİNDƏ GÜRCÜSTAN PREZİDENTİNİN NÖVBƏDƏNKƏNAR SEÇKİLƏRİ İLƏ BAĞLI SƏSVERMƏ KEÇİRİLƏCƏKDİR
Dünyanın 18 ölkəsində Gürcüstanda növbədənkənar prezident seçkiləri ilə əlaqədar səsvermə keçiriləcəkdir. Gürcüstanın Mərkəzi Seçki Komissiyasından AZƏRTAC-ın xüsusi müxbirinə demişlər ki, həmin ölkələrdə 26 seçki məntəqəsi yaradılacaqdır. Rusiya Federasiyasında və Ukraynada 4, ABŞ-da 2, Böyük Britaniya, Fransa, İtaliya, Almaniya, Belçika, İsrail, Yunanıstan, İsveçrə, Litva, Özbəkistan, Qazaxıstan və Ermənistanın hərəsində 1 seçki məntəqəsi fəaliyyət göstərəcəkdir. Ölkənin seçki qanunvericiliyinə uyğun olaraq xaricdəki konsulluqlarda 50 nəfərdən çox Gürcüstan vətəndaşının qeydə alındığı ölkələrdə seçki məntəqələri fəaliyyət göstərəcəkdir. Azərbaycanda seçki məntəqəsi açılması barədə məlumat yoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]