Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünyanın ən unikal xalçalarının yaradıcısı

“Şəbi-hicran”dan “Kəhkəşan”a qədər uzanan həsrət dolu 29 il

Bakı, 15 mart, AZƏRTAC

Xalçaçılıq bəlkə də dekorativ-tətbiqi sənətin yeniləşməyə meylli olan ən çətin sahəsidir. Çox vaxt adama elə gəlir ki, yaranma tarixi yüz illərlə ölçülən xalçaçılıqda hər şey deyilib və onun insan ağlını ovsunlayan kompozisiya həllinə və naxış örtüyünə nə isə əlavə etmək mümkünsüzdür. Bunu elə bu sahənin təşəkkül tarixi də təsdiqləyir. Amma ötən yüzilliyin son qərinəsində gənc xalçaçı-rəssam Hacı Eldar Mikayılzadə bunun heç də belə olmadığını sübut etdi. Bu mənada 25 yaşlı tələbə-rəssamın 1981-ci ildə yaratdığı və dekorativ-sənət məkanına bədii şərhi qeyri-adiliyi ilə seçilən “Şəbi-hicran” adlı xalçanı çıxarması obrazlı dillə desək, aydın səmada şimşəyin çaxmasına bənzər bir hadisə oldu. O, bu uğurunu sənət müəllimi Lətif Kərimovun və bu sahədə ondan heç vaxt məsləhətlərini əsirgəməyən Cəfər Mücirinin zəhmətlərinin itməməsinin ifadəsi hesab edirdi.

Hazırda Azərbaycan Xalça Muzeyini bəzəyən “Şəbi-hicran” xalçası adından da göründüyü kimi dahi Məhəmməd Füzulinin sənət dünyasına həsr olunub. Asimmetrik kompozisiyada şairin və onun şah əsəri sayılan nakam məhəbbət dastanı “Leyli və Məcnun”un qəhrəmanlarının talelərinə tutulan fəlsəfi-obrazlı “bədii güzgü” bütün mənalarda yeni idi. Xalçanın bədii örtüyünü təşkil edən əksər elementləri - ağacların, qayaların, buludların ikimənalı rəmzi görkəmi əsəri sirli-soraqlı etməklə yanaşı, həm də heyrət mücəssəməsinə çevrilməsini şərtləndirib. Buludların həm də şairin dilindən süzülən məşhur beytə çevrilməsi, ağacın gül açmış çiçəklərinin Füzulinin bəyaz çalmasını və saqqalını, qayaların çöhrəsindəki qəm yüklü əzalarının cizgilərini, ağac gövdələrinin söz xiridarının geyimini əvəz etməsi çox maraqlı və düşünülmüş bənzərsiz bədii həll tapıntısı idi. Mərkəzi kompozisiyaya daxil edilmiş digər obraz və elementlərin hamısının da müəyyən fəlsəfi məzmun daşıdığını nəzərə alanda, əsərin çox tutumlu bir nümunəyə çevrildiyini yəqinləşdirmək olur. 1983-cü ildə Şərq xalçaları üzrə Bakıda keçirilən beynəlxalq simpoziuma toplaşan xarici ölkələrin sənət xiridarları bu sənət nümunəsinin ecazkarlığı qarşısında heyrətlərini gizlədə bilmədilər.

2006-cı ildə yenidən “Şəbi-hicran” kompozisiyasına qayıdan rəssam əvvəlki əsərdə eləyə bilmədiklərini burada reallaşdırmaqla, özünəməxsusluğu və ecazkarlığı danılmaz olan sənət nümunəsi yaratmağa nail olmuşdur. Başqa sözlə desək, bir vaxtlar duyulası sirliliyinə görə “gələcəyə göndərilmiş məktub” ayaması qazanmış xalça sənətinin qeyri-adiliyi göz qabağında olan töhfələrlə zənginləşdirməyin mümkünlüyünü sərgiləmişdir. “Şəbi-hicran” xalçası əfsanəyə dönmüş məhəbbətlə Füzuli poeziyası arasında obrazlı bir körpüyə bənzəyir, desək, yanılmarıq...

Etiraf edək ki, Azərbaycan xalçaçılığının çoxəsrlik tarixində bu qədər məna-məzmunla yüklənmiş xalçalar çox azdır. Elə onların bir qismini də Hacı Eldar özünün bir qərinəlik yaradıcılığında ərsəyə gətirə bilib. “Şəbi-hicran” (1981,2006), “Nağıllar aləmi” (1983), “İslam” (1992), “Təbriz” (1993), “Bürclər” (1994), “Xilaskar” (1995-1997), “Üç din” (1998), “Səttar” (1999), “Bismillahir-rəhmanir-rəhim” (2001), “Üç peyğəmbər” (2003) və s. nadir sənət nümunələrini xatırlasaq, onda daima axtarışa meylli olan ustadın ən tələbkar sənət xiridarlarını belə heyrətləndirəcək xalçalar yaratmağa imkan verən yaradıcılıq potensialına malik olduğunu xüsusi vurğulamalıyıq.

Onun son vaxtlar ərsəyə gətirdiyi “Yaranış” (2010), eləcə də “Kəhkəşan” və “Səttarın arzusu” (hər ikisi 2012) xalçaları da bunun təsdiqidir.

Mürəkkəb kompozisiyalı, çoxfiqurlu “Yaranış” əsərinin süjet xəttini xalçanın yaranma tarixçəsi, başqa sözlə desək, qoyunların otarılmasından hazır xalçanın bazarda satılmasına qədər uzanan bir yolu əhatə edir. Müəllif özlüyündə çox maraqlı olan bu prosesi ardıcıllıqla izləməklə ona ilk dəfə xalçaçılığın özündə cəlbedici və yaddaqalan bir bədii görkəm verməyə nail olmuşdur.

Əsərin ən maraqlı xüsusiyyəti süjetlər məcmusunun rəssam tərəfindən yeni xalçanın kağız üzərindəki çeşnisi kimi təqdim edilməsidir. Başqa sözlə desək, zənginliyi ilə seçilən bu təsvir qurulmuş hananın üzərindədir. Onu da qeyd edək ki, yüzlərlə ecazkar xalçanın toxunduğu bu dəzgah özünün yaratdığı sənət növündə ilk dəfə olaraq məhz bu əsərdə görüntüyə gətirilib...

Londonda çap olunan “Xalı” jurnalının redaksiya heyətinin üzvü, Şərq xalçaları üzrə beynəlxalq konfransın akademik şurasının sədri, xalçaçılıq üzrə nüfuzlu ekspert sayılan italiyalı Alberto Baralevi 2013-cü ildə Bakıya gələrkən Hacı Eldar Mikayılzadənin bənzərsiz yaradıcılığı haqqında məlumat alandan sonra xalçaçı-rəssamın emalatxanasında olub. Onun son illərdə yaratdığı bir neçə süjetli xalçaya, o cümlədən “Yaranış”a öz heyranlığını bildirib. Məşhur ekspert onun əsərlərini çağdaş dünya xalçaçılığının böyük nailiyyəti kimi dəyərləndirib. O, yerli mətbuata verdiyi açıqlamada görkəmli xalça ustası ilə görüşünün nəticəsini belə ifadə edib: “Azərbaycanın Quba, Naxçıvan və Bakı şəhərlərindəki xalça emalatxanalarını gəzdim. Gördüklərimin qarşılığında deyə bilərəm ki, Eldar Mikayılzadə əsl rəssamdır”.

Maraqlıdır ki, fəaliyyəti bilavasitə qədim xalçaçılığın elmi-nəzəri məsələlərini işıqlandırmaq olan “Xalı” jurnalında E.Mikayılzadənin “Yaranış” xalçasının reproduksiyası və haqqında məlumat çap olunub. Qənaətimizcə, məşhur jurnalın öz ənənəsini pozması heç şübhəsiz Azərbaycan sənətkarının dünya xalçaçılığına verdiyi töhfənin çox böyük olmasından irəli gələn məsələdir.

2012-ci ildə Hacı Eldar “Səttarın arzusu” və “Kəhkəşan” əsərlərini tamamlamışdır. Dahi mənzərə ustasına həsr olunmuş xalçada o rəssamın 36 rəngkarlıq əsərinin fraqmentlərini bir araya gətirməklə, Azərbaycan təbiətinin ümumiləşdirilmiş obrazını yaratmağa nail olmuşdur. Əslində çoxsaylı əsərlərdən “məcmu”, “qurama” və yaxud “kollaj” yaratmaq elə də çətin bir proses deyil. Ancaq Hacı Eldar çox fərqli bir bədii vasitədən istifadə etməklə, bu çoxsaylı fraqmentlərdən bütövlüyü danılmaz olan yeni bir mənzərə yaratmışdır. Onun qənaətincə, “Səttarın arzusu” yalnız bu bədii tutumda ola bilərdi. Odur ki, bu əsər də dahi mənzərə ustasının digər tabloları kimi cəlbedici və duyğulandırıcıdır...

Hacı Eldar elə həmin il çağdaş dünya incəsənətində oxşarı olmayan “Kəhkəşan” xalçasını tamamlamaqla, yaradıcı potensialına və təxəyyül sonsuzluğuna görə doğrudan da bu gün bənzərsiz olduğunu bir daha təsdiqlədi. Bu bənzərsizliyi şərtləndirən başlıca səbəb-nəticə azərbaycanlı sənətkarın dünya xalça sənətinə çoxəsrlik fasilədən sonra bədii həllində çoxsaylı qiymətli daş-qaşlardan istifadə olunan toxuculuq nümunəsi bəxş etməsidir. Ədalət naminə deyək ki, tarixdə buna bənzər xalça mövcud olub. Təəssüf ki, bizim eranın VII əsrində yaradılmış həmin toxuculuq nümunəsi bu günümüzə gəlib çatmayıb. Həmin xalı Sasani hökmdarı Xosrov Pərvizin (II Xosrov) vaxtında toxunubmuş. “Xosrovun baharı” adlanan bu qədim xalını Sasanilərin sarayından ərəblər qənimət kimi aparıblar. Lakin xəlifə Ömərin sərkərdələri arasında bu qənimət üstündə ixtilaf düşüb və nəticədə 35-ə yaxın sərkərdə vəziyyətdən yeganə çıxış yolu kimi misli-bərabəri olmayan sənət əsərini kəsib öz aralarında bölüşmək qərarına gəliblər. Bununla da o vaxtlar dünyada bənzəri olmayan bir sənət nümunəsini məhv ediblər. İpək və qızıl saplardan toxunulmuş bu xalının üzərindəki təsvir və naxışlar qiymətli daş-qaşlarla nəqş olunubmuş. Onunla daha çox texniki baxımdan səsləşən Azərbaycan variantının - “xələf”inin toxunuşunda rast gəlinən çətinliklərə rəğmən demək olar ki, “sələf”in özünün də zamanında yaşayıb-yaratmış xalçaçıların yalnız yüksək sənətkarlığı nəticəsində ərsəyə gətirildiyini söyləmək olar. “Kəhkəşan”a gəldikdə isə, demək lazımdır ki, onun müəllifi Hacı Eldar Mikayılzadə uzun müddət sənətkarlar üçün əlçatmaz sayılan belə bir əfsanəvi xalının mövcudluğundan hələ tələbəlik illərində xəbərdar olmuşdur. Bu mənada onun bu işə gec başlaması müxtəlif səbəblərlə bağlı olub. Tələbə-rəssam kimi onun ərsəyə gətirdiyi “Şəbi-hicran”dan “Kəhkəşan”a qədər uzanan həsrət dolu zaman kəsiyi düz 29 il çəkib. Nəhayət, 2010-cu ildə Azərbaycanın çağdaş xalçaçılıq məkanında az qala “təklənmiş” kimi görünən Hacı Eldar keçmişə baxmağa özündə bütün mənalarda güc hiss etdi. İki il davam edən yaradıcılıq prosesi də uğurla nəticələndi. Toxunuşunda pambıq, yun, ipək və qızıl saplara tapınılan xalçada qiymətli daş-qaşlardan istifadə olunmuşdur. Başqa sözlə desək, kompozisiyaya müvafiq olaraq xalçanın naxış örtüyündə 725 ədəd feonit və svarov daşlarını (ağ, sarı, mavi, yaşıl və qırmızı rəngin yeddi çaları) görmək və onların bədii-estetik gücündən zövq almaq mümkündür. Bu yerdə xalçanın texniki baxımdan heç də asan ərsəyə gəlmədiyini vurğulamaq istərdik. Belə ki, xalçada işlədilən 725 qiymətli daşın iplərin əhatəsində etibarlı oturuşu yalnız onların qızıl arğac üzərində “zili” texnikası ilə əldə olunub. Bu alt arğaclara və daşlara isə 1,382 qram qızıl işlədilib.

Dərin hikmətə bələnmiş “Kəhkəşan” xalçası özündə göy cisimləri haqqında elmi-tarixi həqiqətləri yaşadır. Elmdə həm də “Ağ yol” - “Samanyolu” kimi tanınan kəhkəşan əslində Günəşin də daxil olduğu nəhəng ulduz sistemidir. Onun tərkibində yüz milyarddan çox ulduz var. Bu yerdə əlavə edək ki, əsərin mövzusunun hamıya daha çox əlçatmaz və sirli-soraqlı görünən göy cisimlərinə həsr olunması müəllifin xalçanın uğuruna duyulası dərəcədə kömək edən çox məntiqli seçimdir. Belə ki, bizdən çox-çox uzaqlarda olsalar da öz varlığını yerə tuşlanan işıq seli ilə əyaniləşdirən cisimlərin həm də səmadakı yerlərini müəyyənləşdirən bu qaşlar yəqin ki, hansısa başqa kompozisiyada bu qədər təsirli olmazdı. Onların “Kəhrəşan”ın mavi-göy rəng selinə bəxş etdiyi nüfuzedici canlılıq kifayət qədər duyulandır...

Kompozisiyanın dominant nöqtəsini gözə görünməz pərilərin qovşağından əmələ gəlmiş medalyon təşkil edir. İsti-soyuq rənglərdən “hörülmüş” bu halənin mərkəzində toplanmış ulduz selinin nurunu daha da gücləndirən daş-qaşların yaratdığı görüntünün irreal qəbulu danılmazdır. Burada tünd göy və mavi rənglərin tədricən dəyişən çalarları ilə daş-qaşlar arasında medalyonun gur işıqlılığını şərtləndirən uğurlu nisbət əldə olunmuşdur. Medalyonun mərkəzini şərtləndirən iri və onu dövrələyən nisbətən kiçik ölçülü daş-qaşların kənarlara doğru sənətkarlıqla tapılmış “hərəkətində” axıcılığın və dinamikanın əldə olunması xalçanın bu hissəsinin sferikliyinin inandırıcılığı təəssüratını yaratmışdır. Bu “çevrə”ni əhatələyən sarı zolağın üzərində doqquz “məqam”ın adı yazılmışdır. Xalçanın mərkəzi ilə iri haşiyəsinə qədər olan məsafədə kəhkəşanı, yəni, “Ağ yol”un buludsuz gecələrdə heyranedici olan görüntüsünü şərtləndirən çoxsaylı təsvirlər yerləşdirilmişdir. Bürclərin və planetlərin və digər obyektlərin yer aldığı bu “səmavi xəritə” bədiiliyi ilə yanaşı, həm də elmi dəqiqliyi ilə diqqət çəkir, desək, həqiqəti söyləmiş olarıq. Bütün yaradıcılığı boyu ərsəyə gətirdiyi xalçaların kompozisiyalarına daxil edilmiş bu bəzək ünsürlərinə məna-məzmun verməyə meylli olan Hacı Eldar Mikayılzadə bu ənənəsinə “Kəhrəşan”da da sadiq qalmışdır. Bu mənada o, bu unikal xalçanı həm də tamaşaçı ilə dialoqa girmək gücündə olan mənəvi-fəlsəfi qaynağa çevirmişdir...

Ziyadxan Əliyev
Əməkdar İncəsənət Xadimi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

"Mançester Yunayted"dən ardıcıl 4-cü qələbə, "Qarabağ"ın rəqibi evdə uduzub

“Yuventus” Kənan Yıldızla yeni müqavilə imzalayıb

İsmayıllıda istirahət mərkəzində baş verən yanğın söndürülüb-YENİLƏNİB

Elektron siqaretin görünməyən təhlükələri VİDEO

Elektron siqaretin görünməyən təhlükələri VİDEO

Azərbaycan pəhləvanı Türkiyədə qar üzərində güləş turnirinin qalibi olub

Rusiya Ermənistan AES-də yeni enerji bloku tikmək niyyətindədir

Azərbaycan cüdoçusu “Böyük Dəbilqə” turnirinin qalibi olub

ABŞ Dövlət katibinin müavini gələn həftə Azərbaycana səfəri zamanı vitse-prezident Vensə qoşulacaq

Ermənistan XİN-də Azərbaycan ilə sülh sazişi müzakirə olunub

Azərbaycanın hərbi attaşesi Kayseri və Kahramanmaraşda şəhid ailələrini ziyarət edib

Güləş üzrə U-20 Azərbaycan çempionatı başa çatıb

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu finala vəsiqə qazanıb

Bolqarıstan Sosialist Partiyasının sədri istefa verib

Milli Aviasiya Akademiyası ilə Təhsilin İnkişafı Fondu və “Kapital Bank” arasında əməkdaşlıq memorandumları imzalanıb

Bədii rəhbər: 90 illik yubileyini qeyd edən Xor kollektivi səhnəyə kino musiqisi ilə çıxacaq

II “GİNius” intellektual yarışı başlayıb YENİLƏNİB VİDEO

II “GİNius” intellektual yarışı başlayıb YENİLƏNİB VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

“Savadlı danışıq, xəbər dilində məsuliyyət” - təlim

Media: ABŞ-ın Tayvana silah satışı Donald Trampın Çinə səfərini qeyri-müəyyən edir

Azərbaycan sumo güləşçisi ilk dəfə Yaponiyada Hakuho kubokunda yarışıb VİDEO

Azərbaycan sumo güləşçisi ilk dəfə Yaponiyada Hakuho kubokunda yarışıb VİDEO

Sudanda silahlıların hücumu nəticəsində 24 nəfər həlak olub

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilib

Tərtər sakini narkotikə görə həbs olunub

Naxçıvanda Tumbul kəndinə qazın verilişi müvəqqəti dayandırılacaq

Nazir: Azərbaycan terrorla mübarizədə daim Pakistanın yanındadır

Şəmkirdə ötən il baş vermiş qətlin üstü açılıb

Səudiyyə Ərəbistanı Suriya ilə yeni investisiya müqavilələri imzalayacaq

İşsizlik müavinətinin azaldılması finlərin gəlirlərini aşağı salıb

Qazaxıstanın yeni Konstitusiyasının layihəsi vətəndaşların təklifləri əsasında tamamlanır

Gürcüstan Prezidenti: Ümidvaram ki, ABŞ-la münasibətlərimiz dinamik şəkildə davam edəcək

AAYDA-nın İdarə Heyətinin yeni sədri kollektivə təqdim edilib

Həkimlər: Rusiya ordusunun sui-qəsdə uğrayan generalının həyatı üçün təhlükə yoxdur

Zelenski: Ukrayna energetikasına hücumda 400-dən çox PUA və 40-a yaxın raketdən istifadə olunub

At ətini mal əti adı altında satmaq istəyən şəxslər saxlanılıb VİDEO

At ətini mal əti adı altında satmaq istəyən şəxslər saxlanılıb VİDEO

Nəsimi rayonunda 3,5 kiloqramdan çox narkotik vasitə aşkarlanıb VİDEO

Nəsimi rayonunda 3,5 kiloqramdan çox narkotik vasitə aşkarlanıb VİDEO

Astarada torpaq sürüşməsi: Pensərçayda beton bəndlər çöküb

Sabahın hava proqnozu açıqlanıb

Şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Festival iştirakçısı: Bu təəssüratı yaşamaq insana çox böyük fərəh hissi verir VİDEO

Festival iştirakçısı: Bu təəssüratı yaşamaq insana çox böyük fərəh hissi verir VİDEO

Türkiyə Suriyanın enerji sektoruna investisiyalarda həlledici rol oynayacaq

Rusiya yenidən Ukraynanın enerji obyektlərinə kütləvi hücuma keçib

İsveçdə immiqrasiya qaydalarının geri tarixlə tətbiqi planlaşdırılır

Ötən ay gecikdirilmiş 45 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub

Müəssisələrdə texniki təhlükəsizliyin təmin edilməsinin vacibliyi təbliğ olunub

Şeyxülislam Allahşükür Paşazadə Vatikana səfər edəcək

Salyan sakini itkin düşüb

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

“Qış nağılı” festivalının iştirakçısı: Belə gözəl ab-havada çıxış etmək çox xoşdur VİDEO

“Qış nağılı” festivalının iştirakçısı: Belə gözəl ab-havada çıxış etmək çox xoşdur VİDEO

FHN: Daha bir qanunsuz tikili sökülüb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

Mahir Tağızadə: Qəbələ festivalında musiqi, incəsənət və qışın sehri birlikdə yaşanır VİDEO

Mahir Tağızadə: Qəbələ festivalında musiqi, incəsənət və qışın sehri birlikdə yaşanır VİDEO

Albaniya Baş nazirinin müavini məhkəmə qərarı ilə vəzifədən uzaqlaşdırılıb

Yol polisi: Yollarda diqqətsizlik ağır nəticələrə yol aça bilər

ABŞ BMT-yə üzvlük haqqını ödəyəcək

Enerji böhranına görə Kubada ciddi qənaət həyata keçirilir

“Axios”: Ağ Ev Sülh Şurası liderlərinin görüşünü keçirməyi planlaşdırır

Yanvarda qlobal ərzaq qiymətləri dəyişib

Tramp: İranla çox yaxşı danışıqlar apardıq

Fransada müflis olan müəssisələrin sayı artıb

“Saudia Airlines” 150 təyyarə almağı planlaşdırır

Assosiasiya: 2026-cı ildə dünyada 1 milyard dollarlıq yarımkeçirici satılacaq

AEBA: Ukraynanın enerji şəbəkəsinə hücumların güclənməsi riskləri artırır

Qazaxıstanın yeni Konstitusiya layihəsi ilə bağlı əhalidən 4 mindən çox rəy daxil olub

İtaliyada XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib

Macarıstanın MOL neft-qaz şirkəti yeni obyekti istismara verməyə hazırlaşır

Mahir Məmmədov: Növbəti il ölkə çempionatının mükafat fondunun artırılması nəzərdə tutulub

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının açılışı olub VİDEO

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının açılışı olub VİDEO

Almaniyada sərvət vergisi büdcəyə 140 milyard avrodan çox gəlir gətirə bilər

Rauf Məmmədov: Ölkə çempionatı gənc şahmatçılar üçün yaxşı sınaq olacaq VİDEO

Rauf Məmmədov: Ölkə çempionatı gənc şahmatçılar üçün yaxşı sınaq olacaq VİDEO

“Xatirələr sahilində” sənədli filmi nümayiş olunub VİDEO

“Xatirələr sahilində” sənədli filmi nümayiş olunub VİDEO

Macarıstan videooyunların hazırlanmasına çoxmilyardlı investisiya elan edib

Musiqi ilə aşılan sərhədlər: Qəbələdə autizmli pianoçunun konserti olub VİDEO

Musiqi ilə aşılan sərhədlər: Qəbələdə autizmli pianoçunun konserti olub VİDEO

Auditor fəaliyyətində keyfiyyətin yüksəldilməsi ilə bağlı iclas keçirilib

Azərbaycan şahmatçısı: Ötənilki uğursuzluğu bu dəfə kompensasiya etmək istəyirəm

QMİ sədri Əbu-Dabidə bir sıra görüşlər keçirib

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Masallıda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib

Ukrayna Prezidenti: Bəzi bölgələrdə Hərbi Hava Qüvvələrinin işi qənaətbəxş deyil

Mühacirətdə - fikir və missiya: seçim, yoxsa zərurət

Şahmat üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib VİDEO

Şahmat üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib VİDEO

Çin saxta xidmətlər yaradan şirkətləri cərimələyib

Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndələri Gürcüstanda səfərdədirlər

Almaniyanın daxili işlər naziri Budapeştdəki ekstremist hücumlarla bağlı açıqlama verib

Rəcəb Tayyib Ərdoğan: Dağıdıcı zəlzələlər fonunda Türkiyə yenidən dünyaya öz gücünü nümayiş etdirib

Ombudsman: Uşaqların rəqəmsal təhlükəsizliyinə nəzarət gücləndirilməlidir

Azərbaycanlı alim Moskvada beynəlxalq müsabiqədə mükafata layiq görülüb

Qazaxıstan BTC marşrutu üzrə uzunmüddətli tərəfdaşlığı möhkəmləndirmək niyyətindədir

V.Z.Nəsirlinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

S.Ə.Məmmədovun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Avropa İttifaqı Rusiyaya qarşı 20-ci sanksiyalar paketini təqdim edib

"GəncVİZYON'un qalibi: İdeyamızı reallığa çevirəcəyik VİDEO

"GəncVİZYON'un qalibi: İdeyamızı reallığa çevirəcəyik VİDEO

Qivami Rəhimli: Son nəfəsinə qədər Azərbaycanın dostu - Tomas Qolts

Azərbaycan çempionatı: Sərbəst güləşdə 5 çəki üzrə finalçılar müəyyənləşib

MEK-in direktoru: Ənənəvi elektron kitabxana modelləri mövcud reallıqları tam əhatə etmir

Tovuzda yanan evdən kişi meyiti tapılıb VİDEO

Tovuzda yanan evdən kişi meyiti tapılıb VİDEO

Gənclər Günü gəncliyə verilən dəyərin bariz nümunəsidir – Naxçıvanda tədbir

Azərbaycandan Türkiyəyə heyvan mənşəli məhsulların ixracı məsələləri müzakirə edilib

Qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni Dövlət Proqramının prioritetləri hansılardır?

Kanadadakı soydaşlarımızın adaptasiyası məsələsi ilə bağlı təkliflər səsləndirilib

Qırğızıstan və Dünya Bankı havanın keyfiyyətinin yaxşılaşdırılması üzrə layihənin icrasını müzakirə edib