Düşmən cəbhənin Zəngilan istiqamətində mövqelərimizə hücum etməyə cəhd göstərib
Bakı, 2 noyabr, AZƏRTAC
Noyabrın 1-də gün ərzində Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələri hücum etməyə cəhd göstərib.
AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən bu istiqamətdə bir sıra əlverişli yüksəklikləri ələ keçirmək məqsədilə minaatanlardan və müxtəlif iri çaplı silahlardan istifadə etməklə bölmələrimizin mövqelərini atəşə tutub.
Düşmənin hücuma keçmək niyyəti bölmələrimiz tərəfindən vaxtında aşkar edilib və həyata keçirilən uğurlu əməliyyat nəticəsində qarşı tərəf ciddi itkilərə məruz qalıb.
Döyüş nəticəsində canlı qüvvə sarıdan 30-dək itki verən düşmən, Ermənistan ərazisinə çəkilməyə məcbur edilib.
Bölmələrimizin şəxsi heyətinin sayıqlığı nəticəsində mövqelərimizə havadan hücum edən düşmənin Su-25 döyüş təyyarəsi də məhv edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2026 [17:55]
Azərbaycanın HHQ komandanı Türkiyədə rəsmi səfərdədir
- 02.07.2026 [16:29]
Azərbaycan-Türkiyə hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
- 02.07.2026 [15:42]
Müdafiə Nazirliyi və BMTM birgə hazırlanan hesabatı təqdim ediblər VİDEO
- 01.07.2026 [13:21]
Bakıda NATO-nun Mobil Təlim Qrupunun kursu keçirilir
- 30.06.2026 [15:10]
İriçaplı pulemyot heyətinin hazırlıq kursunun buraxılış mərasimi olub
- 29.06.2026 [12:33]
“Aybın-2026” gənclərin hərbi vətənpərvərlik toplanışı başa çatıb
- 29.06.2026 [10:29]
Azərbaycan Ordusunda gənc zabitlərlə nümayiş məşğələləri təşkil edilib
- 28.06.2026 [19:45]