Duzlu yemək qadın ürəyini qoruyur
Bakı, 12 may (AZƏRTAC). Uzun illərdir alimlər duzun müsbət və mənfi cəhətləri barədə mübahisə edirlər. Duzlu yeməklərin bir çox xəstəliklərə səbəb olduğu barədə son vaxtlar çox danışılsa da, Belçikadakı Leven Universiteti alimlərinin apardıqları tədqiqatlar göstərmişdir ki, duz ziyanlı olsa da faydalıdır. Belə ki, ürək-damar xəstəliklərinin yaranması riskinin qarşısını alır.
Professor Yan Stessen bildirmişdir ki, gündəlik qida rasionunda duz çatışmazlığı səbəbindən qadınların ürək xəstəliyindən, yaxud insultdan vaxtsız ölmək ehtimalı artır.
Mütəxəssislər səkkiz il davam edən tədqiqatlar ərzində Avropanın müxtəlif ölkələrindən orta yaş həddi 60 olan 3681 kişi və qadını müşahidə etmişlər. Müəyyən edilmişdir ki, duzun miqdarının azaldılması sağlamlıq üçün heç bir üstünlük vermir.
Doktor Stessenin sözlərinə görə, az miqdarda duz yeyən qadınlarda ürək tutmasının yaranması riski duzlu yeyən qadınlara nisbətən 56 faiz yüksəkdir. Ürək-damar sisteminə pis təsir göstərən siqaret çəkmək, spirtli içkilərə aludə olmaq, xolesterinin yüksək səviyyəsi, piylənmə, şəkərli diabet və s. kimi amillər nəzərə alındıqdan sonra da alimlərin qənaəti dəyişməmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.08.2023 [04:38]
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
- 14.07.2023 [13:43]
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
- 05.07.2023 [20:47]
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib
- 24.06.2023 [18:40]
Dünyanın ən hündür göydələnləri
- 16.06.2023 [14:00]
Kaliforniyalı Maks Park kubik-rubiki 3,13 saniyəyə yığıb
- 08.06.2023 [17:51]
Alimlərin yeni tapıntısı: Neandertallar ov alətlərini necə yapışdırırdı?
- 22.05.2023 [12:43]
Bakı Zooloji Parkında ayının doğum günü qeyd olunub
- 29.04.2023 [17:42]
Misirli ekspertlər Kleopatranın irqi ilə bağlı mübahisələri qiymətləndirib
- 15.04.2023 [14:18]