Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əbədiyyət qədər çəkən 7 saat

Bakı, 2 noyabr, AZƏRTAC

44 günlük müharibənin az qala hər saniyəsi, dəqiqəsi xatirimdən heç vaxt getməyəcək. Müharibənin başladığı saatlar, dəqiqələr, elə bil, bir anda dünyanın altının üstünə çevrilməsi, dağıdılan, yanan hədəflər, qışqırıq səsləri, ilk yaralılar və ilk şəhidlər... Bunlar unudulmayacaq anlardır. Birdən-birə, neçə saat və yaxud dəqiqə əvvəl yanbayan əyləşdiyin, söhbətləşdiyin insanların yaralanmasını, şəhid olmasını görmək qədər ağır nəsə təsəvvür etmək çətindir.

AZƏRTAC xəbər verir ki, bu sözləri 2020-ci il sentyabrın 20-də 40 günlük hərbi toplantıya çağırılan, 44 gün müharibənin bütün üzünü görən Vətən müharibəsinin qazisi Xalid Ağalıyev deyib.

XATIRLATMA:

Xalid Dünyamalı oğlu Ağalıyev 1977-ci ildə Cəlilabadda anadan olub, orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsində oxuyub və 1998-ci ildə oranı bitirib.

Tələbə vaxtında jurnalistika ilə məşğul olub: “Universitetdə oxuyurdum və tələbə üçün pulun nə qədər vacib olduğu bəllidir. Gedib qoşuldum “Şərq”çilərə və 2000-ci ilə - həqiqi hərbi xidmətə gedənə qədər “Şərq” qəzetində çalışdım. Hərbi xidmətimi Daşkəsəndə, artilleriyaçılar bölüyündə taqım komandiri kimi keçdim. Qayıdandan sonra yenə qəzet redaksiyasında salışdım, redaktor vəzifəsinə qədər yüksəldim. Həmin dövrdə mövcud olan proqram çərçivəsində ABŞ-da keçirilən kurslarda iştirak elədim, gələndən sonra isə hüquqşünaslıq sahəsində çalışmağa başladım”.

Çağırış zəngi

2020-ci il sentyabrın 20-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad şöbəsindən zəng vurub dedilər ki, hərbi toplantı var: “İkigünlük hərbi toplantıdan sonra erməni tərəfin təmas xəttində törətdiyi təxribatların intensivləşməsi səbəbindən bizi müxtəlif dislokasiya yerləri üzrə böldülər. Mən Müdafiə Nazirliyinin əlahiddə hərbi hissəsinə düşdüm və divizionda idarəetmə taqımının komandiri vəzifəsində xidməti davam etdirdim. Sentyabrın 26-da Füzuli bölgəsində ermənilərin mövqeləri ilə üzbəüz durduq və gecə saatlarında onların intensiv atəşinə baxmayaraq ki, biz hələ cavab vermirdik. Sentyabrın 27-si saat 07.00-da ilk artilleriya cavab atəşi açdıq”.

Topların simfoniyası

Napoleon deyib: “Kimdə qabaqcıl artilleriya varsa, Allah onun tərəfində döyüşür”. Bu sözlərin deyilməsindən 200 ildən artıq müddət keçib, amma bu gün də aktualdır.

Artilleriya, əlbəttə, yaratdığı üstünlüklərlə bərabər ən çətin sahə sayıla bilər. Bir onu demək kifayətdir ki, artilleriyanın aktiv vaxtı gün ərzində minimum üç dəfə yer dəyişirsən. 2-3 saat dayanmadan atəş açdıqdan sonra yerdəyişmə mütləqdir, yoxsa özün hədəfə çevrilə bilərsən. Bu isə 20 top, onları çəkmək üçün 20 maşın, 20 ehtiyat maşını, bir sözlə, ağır və gərgin prosedurdur. Onu deyim ki, nə qədər əziyyətli görünən iş olsa da artilleriya cəlbedicidir, topların səsindəki simfoniyanı isə atəşin açıldığı məqamlarda duyursan...

Füzuli və Cəbrayılın vəziyyətindən sarsıldım...

İlk döyüşlərimiz Füzulidə, sonra Cəbrayıl istiqamətində gedirdi, daha sonra Zəngilanda - Qoturbulaqda olarkən bizim divizion Qubadlıdakı piyada qüvvələrinə intensiv dəstək verdi, sonra Füzuliyə qayıtdıq. Füzulidən sağa tərəf hərəkət edirdik - Hadruta, daha sonra Xocavənd istiqamətində Tuğ, Böyük Tağlar və nəhayət Şuşa ətrafındakı Daşaltı kəndində dislokasiya olunduq. Hədəf məlum idi: Şuşa...

İlk dəfə Füzuli və Cəbrayıl istiqamətində olarkən gördüyüm səhnələr sarsıdıcı idi. Bu səhnələrin hər bir detalının arxasında düşmənin Azərbaycan adı ilə bağlı olan hər bir şeyə nifrətini, kinini görmək olurdu. Yox, onu sözlə ifadə edə bilmirəm. Dağıdılmış evlər bir yana, ağacları kəsmələrini də haradasa, başa düşmək olar, o ağacların kökünü qazımaq həmin görüntünü tam açırdı. Təsəvvür edin, sanki atom bombası atılmış məkanda idik. Təsəvvür edə bilərsinizmi, o qan donduran səhnələri görəndə qeyri-iradi Maykl Ceksonun təbiətə tutulmuş divanı ifadə edən “Earth Song”unu xatırladım. Yeri gəlmişkən, dünya musiqi ulduzunun eyniadlı mahnıya çəkdirdiyi klipdə ekologiyanın bərpası səhnələri var, inanıram ki, işğaldan azad edilən rayonlarda icrasına start verilən proqramlar ərazilərimizi o cür abadlaşdıracaq, ekologiyanı sağlamlaşdıracaq.

Əbədiyyət qədər çəkən 7 saat

Bir dəfə gecə birin yarısında balaca mobil telefonun işlədiyini gördüm. İki-üç dəqiqə keçmədi evdən zəng gəldi, telefonu açdım,10 yaşlı qızım idi. Düzdür, bütün atalar kimi, mənə də uşaqların hamısı doğmadır, lakin bu qızım mənə daha çox bağlıdır. Onunla danışdığımız vaxt düşmən artilleriyası işə düşdü və mən danışa-danışa səsi eşidən qızımı sakitləşdirməyə çalışırdım, onun ata, nə baş verdi - sualını eşitsəm də cavab verməyə macal tapmadım, dalğa kəsildi. 5-6 saat davam edən atışmadan sonra, saat 7-yə qədər dalğa olan yer axtardım və təsəvvür edin ki, tapan andaca zəng gəldi, qızım idi. Deməli, bu müddət ərzində o, yatmayıb və dayanmadan zəng vurub... Bu, mənim üçün əbədiyyət qədər çəkən zaman ölçüsü oldu.

Onların hər biri ilə kəşfiyyata getmək olardı...

Döyüş tapşırıqlarından ən məsuliyyətlisi kəşfiyyata getməkdir və qrup rəhbəri bu tapşırıq üçün ən ideal namizədləri seçməyə çalışır. Ona görədir ki, müsbət xarakterizə olunan adamları müharibədə və mülki həyatda belə adlandırırlar: “Onunla kəşfiyyata getmək olar”. O adamlar hər biri həyatıma yazılıb - böyük komandirlərimiz Eldəniz müəllim, Samir müəllim, Anar müəllim, Pərvin müəllim və başqaları. Onlara baxanda elə düşünürsən ki, hərəsi 5-6 müharibə keçib. Onların 40-45 yaşı vardı, amma həm döyüşün idarə olunması, həm silahlarla çox yüksək səviyyədə rəftarları elə təəssürat yaradırdı ki, sanki hər biri müharibənin içində böyüyüb. Hərbi hissəmizin ilk şəhidi Rəvan Şahmuradov sanki anadan topçu doğulmuşdu. Ermənilərin 30-32 hərbi texnikadan ibarət kolonunu öndə və arxada gələnləri vurmaqla iflic etdi. Taktika o qədər mükəmməl, artilleriya atəşi o qədər sərrast idi ki, təbii şəraitə görə düşmən kolonu nə irəli, nə də geriyə hərəkət edə bildi. Yeri gəlmişkən, bu gün həmin texnikadan Hərbi Qənimətlər Parkında nümayiş etdirilir.

Əsgərə çevrilən xalq

Bizim birliyə Sumqayıt və Tovuzdan köməyə gələn 2 ekskavatorçu - 55-60 yaşlarında İlqar kişi və gənc Elsevər vardı. Yerdəyişmələr zamanı topların və digər ağır silahların yerləşdirilməsinə, sığınacaqların qazılmasına kömək edirdilər. İlqar 1-ci Qarabağ müharibəsində olmuşdu. Şuşa azad edilməzdən 2 gün əvvəl Daşaltı yaxınlığında mövqe qurmaq üçün ekskavatorçunu da çağırdıq. Həmişə təmkini, ağsaqqal nəsihətləri ilə seçilən İlqar gəldi və topların yanındaca diz çöküb hönkürtü ilə ağladı. O, bizə 1-ci müharibədə Şuşa döyüşlərində yaşadıqlarından, hərbçi dostlarını itirməsindən danışdı. Şuşaya daxil olanda da diz üstə çöküb torpağı qucaqladı. Nərə çəkmək nədirsə, onu, demək olar ki, hamımız orada gördük. Təsirli mənzərə idi...

Cəbhəyə müxtəlif təşkilatlardan, xüsusilə məktəblərdən çoxlu məktublar gəlirdi. Həmin məktublar o qədər səmimi yazılırdı ki... Onlardan biri, Yardımlının Ostayır kəndindən gələn məktub belə bitirdi: Azərbaycan əsgəri, biz səndən Qələbə gözləyirik..!

Ali Baş Komandan

44 günlük müharibə mülkidən gedən bizlərlə, oradakı peşəkar hərbçilərin nümunəsində dövlətlə cəmiyyətin birliyi idi. Ölkəmiz bəlkə də müstəqillik tarixi boyunca ilk dəfə belə həmrəylik, birlik nümayiş etdirirdi. Bu, birbaşa Prezident, Ali Baş Komandan İlham Əliyevin nail olduğu gerçəkliyin təcəssümüdür. Şübhə etmirəm ki, dövlət başçısı xalqımızın son 200 illik tarixində nail olduğu Zəfərin Baş Qəhrəmanı və möcüzə yaradan birliyin Baş Memarı kimi tariximizə yazılıb.

2020-ci ilin dekabrından başlanan yeni həyat

Xalid Ağalıyevin 2020-ci il sentyabrın 20-dən başlanan hərbçi həyatı dekabrın sonuna qədər davam edib. O, bu müddətdə qalib zabit həyatını yaşayıb və etiraf edir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 24-də və 25-də imzaladığı sərəncamlarla təltif edildiyi “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları onun 44 günlük müharibə həyatında məxsusi yer tutur: “Bu medallar Zəfər Gününün ən qiymətli yadigarı kimi mənim və ailəm üçün əbədi ehtiramla qorunacaq”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb

Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir

Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB

TDT-yə üzv və müşahidəçi ölkələrin ümumi ÜDM-i 2,4 trilyon ABŞ dollarını ötüb

TDT-yə üzv dövlətlərlə qarşılıqlı investisiyaların həcmi 40 milyard dollara yaxındır

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib

TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi strateji əhəmiyyət kəsb edir

2025-ci ildə Azərbaycanın TDT dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7,3 milyard ABŞ dolları olub

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir

AZAL Naxçıvana uçuşları bərpa edib

Elm və təhsil naziri Gəncədə "Son zəng" mərasiminə qatılıb

İlin 5 ayı ərzində donor sayı 50 mindən artıq olub

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

Qəbələdə Milli Qurtuluş Gününə dair məktəbdə görüş: Müstəqilliyimizin Heydər Əliyev strategiyası

Balakəndə yaş barama tədarükünə başlanılıb - artıq kümçülər 2 ton barama təhvil verib

Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan gün - ŞƏRH

İyunun 13-ü Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günüdür

ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır

Milli Qurtuluş Günü xalqımızı nicata aparan dönüş nöqtəsi oldu

Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb

Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb

ABŞ millisi dünya çempionatına qələbə ilə başladı

ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazında İrana məxsus kamikadze dronlarını vurub

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Qusarın Avaran kəndində 384 ev mərkəzləşdirilmiş içməli su şəbəkəsinə qoşulub

İran XİN: Tehran Vaşinqtonla memorandumun razılaşdırılmasının son mərhələsindədir

Dünyanın ən təhlükəli 7 vulkanı

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 139 nəfərə çatıb

Əraqçi: ABŞ memorandumda yeni münaqişəyə başlamamaq öhdəliyi götürür

Qafar Qənizadə: Hər bir insanın özünü tanımaq və mənəvi sağalma üçün vasitələrə ehtiyacı var

Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq

Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Natalya Jukova: Bu il “Nine Senses Fest” mindən çox iştirakçını bir araya gətirəcək

Misirdə təlim təyyarəsi qəzaya uğrayıb, pilot ölüb

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb

BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir

“Sabah” braziliyalı müdafiəçini transfer edib

Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib

Fırat Arapoğlu: “Proqramlaşdırılmış izlər” sərgisində texnologiyanın yaratdığı yeni reallıq təqdim olunur

Azərbaycan və Slovakiya arasında siyasi məsləhətləşmələrin növbəti iclası olub

Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib

Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub

AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb

Lənkəran və Astarada güləş zallarına baxış keçirilib

BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

MEDİA: Fransanın bəzi media qurumlarının Azərbaycana qarşı qarayaxma kampaniyasını qəti şəkildə pisləyirik

Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub

Naxçıvanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır

Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır

Ekspert: Azərbaycan “ağıllı şəhərlər”i və dayanıqlı infrastrukturu fəal şəkildə inkişaf etdirir - MÜSAHİBƏ

Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib

Fransalı vəkil “ayrı-seçkilik” və “nifrətə təhrik” ittihamları üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açılıb

Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur

Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub

Bu saata olan əsas xəbərlər

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Zeynep Özdemir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avrasiyada sabitlik və güc mərkəzi formalaşdırıb

Aİ İspaniyanın müdafiə xərclərini artırmasına imkan verən xüsusi büdcə mexanizminin tətbiqini təsdiqləyib

® Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi və cavablandırılması imkanları genişləndirilib

Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA

Türkiyə və Azərbaycan gələcəyini elm, təhsil və texnologiya ilə birlikdə quracaq

HDQ-də döyüş atışlı taktiki təlim olub

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

Tramp mediada yayılmış şərtlərin İranla razılaşdırılmış şərtlərlə əlaqəsi olmadığını açıqlayıb

Son iyirmi ildə BDU-dan Koreya dili ixtisası üzrə 110-dan çox tələbə məzun olub

Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək

Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur

Səbinə Əliyeva: Bakı Dövlət Universitetinin məzunu olmaq həm qürur, həm də şərəfdir

Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub

Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb