Əbu-Dabi ən təhlükəsiz şəhərlər siyahısında birinci yerdədir
Əbu-Dabi, 17 iyul, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi dünyanın ən təhlükəsiz şəhərləri siyahısında növbəti dəfə birinci yeri tutub.
AZƏRTAC xəbər verir ki, “Numbeo” tədqiqat xidmətinin dərc etdiyi məlumata görə, təhlükəsizliyin səviyyəsi barədə araşdırma cəmi 328 şəhərdə aparılıb və nəticədə birinci üçlüyə Əbu-Dabi, Doha (Qətər) və Kvebek (Kanada) daxil edilib. Daha sonra siyahıda Taypey, Münxen, Dubay, Sürix, Bern, Honkonq və Türkiyənin Əskişəhəri yer alıb.
Ən təhlükəli şəhərlər siyahısında isə ilk onluğa Karakas (Venesuela), Pitermaritsburq (Cənubi Afrika Respublikası), Port-Morsbi (Papua - Yeni Qvineya), üç Cənubi Afrika şəhəri - Pretoriya, Durban və Yohannesburq və üç Braziliya şəhəri - Fortaleza, Salvador və Rio-de-Janeyro daxildir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]