Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ədliyyə fəaliyyəti dövlət başçısının tapşırıqlarına uyğun təkmilləşir

Ədliyyə fəaliyyəti dövlət başçısının tapşırıqlarına uyğun təkmilləşir

Bakı, 13 fevral, AZƏRTAC 

Fevralın 13-də Ədliyyə Nazirliyinin geniş kollegiya iclası keçirilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kollegiyada ədliyyə orqanlarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin yekunlarına dair iclasında verdiyi tapşırıqlardan, həmçinin dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsinə dair 2019-cu il 17 yanvar tarixli Fərmanından və digər göstərişlərindən irəli gələn vəzifələri müzakirə olunub.

Ədliyyə naziri Fikrət Məmmədov ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi hərtərəfli inkişaf strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirildiyini, Azərbaycanın 2018-ci ildə sürətli tərəqqisinin, sabitliyinin və təhlükəsizliyinin təmin edildiyini, qarşıya qoyulan bütün strateji inkişaf hədəflərinə nail olunduğunu vurğulayıb.

Qeyd olunub ki, aparılan genişmiqyaslı islahatlara uyğun olaraq dövlət orqanlarının fəaliyyətinin müasirləşdirilməsi, büdcə vəsaitlərinə qənaət edilməklə idarəetmənin təmin edilməsi üzrə ardıcıl tədbirlər görülür. Azərbaycan ədliyyəsi də islahatlar aparılmaqla təkmilləşir, vətəndaşlara daha operativ, rahat və şəffaf xidmətlərin göstərilməsi, əlçatanlığın asanlaşdırılması məqsədilə müasir texnologiyaların və innovasiyaların tətbiqi genişləndirilir.

Kollegiyada ötən il ədliyyə orqanları tərəfindən görülmüş işlər əyani təqdimat keçirilməklə ətraflı təhlil edilib. Məlumat verilib ki, qanunvericilik sahəsində bilavasitə nazirlik tərəfindən 2018-ci ildə əvvəlki illə müqayisədə 30 faiz çox - 1800-ə yaxın normativ hüquqi akt layihəsi hazırlanıb, 3300-dən çox akt hüquqi ekspertizadan keçirilib. Əhali üçün daim açıq olan Hüquqi Aktların Dövlət Reyestrinin elektron saytına (www.huquqiaktlar.gov.az) və milli qanunvericiliyin elektron bazasına (www.e-qanun.az) ümumilikdə 6200-ə yaxın sənəd daxil edilib və il ərzində həmin informasiya resurslarına başçəkmələrin sayı 65 faiz artaraq 1,3 milyonu ötüb. Şəffaflığın artırılması, açıq hökumət prinsiplərinin təşviqi məqsədilə nazirlik tərəfindən aparılan 10 internet saytın interaktiv rejimdə fəaliyyəti təmin olunub, vətəndaşlara göstərilən 30-dan çox elektron xidmətlərdən istifadənin sayı artaraq 5 milyonu ötüb.

Dövlətimizin başçısının vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları diqqətdə saxlanılaraq 12800-ə yaxın vətəndaş nazirlikdə, bölgələrdə və “virtual qəbul” məntəqələri vasitəsilə qəbul edilib, qaldırılan məsələlərlə bağlı zəruri tədbirlər görülüb. Əhalinin daha çox təmasda olduğu notariat ofislərində əvvəlki illə müqayisədə təxminən 14 faiz çox - 4,4 milyondan artıq notariat hərəkəti rəsmiləşdirilib, həmçinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı 317 minə yaxın əməliyyat aparılıb və bu əməliyyatlarla bağlı 51 milyon manata yaxın dövlət rüsumu və digər ödənişlər alınıb. Daşınmaz əmlakla əlaqədar müqavilələr üzrə notariuslar tərəfindən təxminən 50 milyon manata yaxın vergi dövlət büdcəsinə köçürülüb ki, bu da əvvəlki illə müqayisədə 26 faiz çoxdur. Eyni zamanda “ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən ədliyyə qurumları tərəfindən rəsmiləşdirilən əməliyyatlar 2018-ci ildə bu mərkəzlərdə verilmiş hazır sənədlərin 48 faizini təşkil edib.

Dövlətimizin başçısının qanunvericilik təşəbbüsü ilə 2018-ci il noyabrın 15-də “Notariat haqqında” Qanuna edilmiş əsaslı dəyişikliklər bu sahədə fəaliyyətin müasirləşdirilməsinə, ən yeni texnologiyaların və innovasiyaların tətbiqinə imkan yaradıb. Vətəndaşlara səyyar və məsafədən notariat xidmətlərinin göstərilməsi məqsədilə xüsusi notariat çantası, elektron ədliyyə köşkü, dünya təcrübəsində rast gəlinməyən və Azərbaycan məhsulu olan, notariat ofisləri və hərəkətləri ilə bağlı zəruri məlumatları vahid mənbədən əldə etməyə imkan verən mobil notariat proqramı hazırlanıb. Tətbiq olunan bu innovasiyalar ötən ilin sonunda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin yeni binasının açılışı zamanı dövlətimizin başçısına nümayiş etdirilib. Qeyd olunub ki, vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayan və nazirlik tərəfindən dövlət qeydiyyatına alınmış qeyri-kommersiya təşkilatlarının ölkədə ümumi sayı 4350-ə, KİV-lərin sayı isə 5250-yə çatıb.

Nazirliyin mühüm fəaliyyət istiqamətlərindən olan məhkəmə qərarlarının icrası sahəsində iş həcmi əhəmiyyətli dərəcədə artaraq 2018-ci ildə icra sənədlərinin sayı 873 minə çatıb, onlardan 460 minə yaxınının icrası təmin olunub, qalan işlərin icrası üzrə tədbirlər davam etdirilir. Görülən tədbirlər nəticəsində hüquqi və fiziki şəxslərə əvvəlki illə müqayisədə 2 dəfədən artıq - 1 milyard 150 milyon manatdan çox vəsait ödətdirilib. Məhkəmə qərarlarının icrasından qərəzli boyun qaçıran 4640 nəfər inzibati məsuliyyətə cəlb olunub, 446 şəxs barəsində cinayət işi başlanılıb.

Dövlətimizin başçısının cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamına uyğun olaraq Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərlə əlaqədar məhkəmələr tərəfindən 6000-ə yaxın məhkum haqqında sənədlərə baxılması təmin edilib, 4200-dən çox şəxs cəzadan tamamilə azad olunub və ya cəza müddətləri azaldılıb.

Nazirlik tərəfindən ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmaması və digər cinayətlərlə bağlı 673 iş üzrə ibtidai istintaq tamamlanıb, bu zaman fiziki və hüquqi şəxslərə vurulmuş 2 milyon manata qədər ziyan istintaqın gedişində ödətdirilib.

Məhkəmə ekspertizası mərkəzinə il ərzində 41 ekspert ixtisası üzrə 36 minə yaxın iş daxil olub, bu zaman ekspertlər 805 mindən çox suala cavab verməklə qaldırılmış məsələlərin 99,7 faizini həll ediblər.

Dövlət gənclər siyasətinə uyğun olaraq yeni nəsil kadr korpusunun formalaşdırılması üzrə tədbirlər davam etdirilib, açıq müsabiqələr nəticəsində əksəriyyətini gənclər təşkil edən 267 nəfər ədliyyə orqanlarına qulluğa qəbul olunub, bütövlükdə isə ötən il ərzində 576 vakant ştat vahidi komplektləşdirilib. Eyni zamanda dövlət başçısının təşəbbüsü ilə yaradılmış könüllülər institutunun təşviqinə xüsusi diqqət yetirilib, bu sahədə müvafiq ali təhsil müəssisələri və tələbə-gənclər təşkilatları, eləcə də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə səmərəli əlaqələr qurulub və 1200-ə yaxın könüllü ədliyyə və məhkəmə fəaliyyətinə cəlb olunub, onların bir qismi üçün Ədliyyə Akademiyasında xüsusi təlimlər keçirilib.

Kollegiyada, həmçinin bildirilib ki, 2018-ci ildə nazirliyin beynəlxalq hüquq əməkdaşlığının genişləndirilməsi üzrə tədbirlər görülüb, Türkiyə, Belarus, Serbiya və Əlcəzairin ədliyyə nazirləri ölkəmizə səfərlər edib, hüquqi sahədə mühüm sənədlər imzalanıb, habelə nümayəndə heyətimiz Avstriya, Xorvatiya və Malayziyada mötəbər beynəlxalq tədbirlərdə iştirak edib.

Kollegiya iclasına dəvət olunmuş QHT nümayəndələri çıxış edərək ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirləri yaxından izlədiklərini, bu sahədə nailiyyətlərin və tətbiq olunan innovasiyaların cəmiyyətdə daha geniş təbliğ olunmasının əhəmiyyətini qeyd edib, Ədliyyə Nazirliyi tərəfindən şəffaflığa, ictimai iştirakçılığa hər zaman xüsusi önəm verilərək vətəndaş cəmiyyəti nümayəndələrinin ədliyyənin ayrı-ayrı fəaliyyət istiqamətlərinə cəlb olunmasını və qarşılıqlı fəaliyyətin səmərəliliyinin artırılmasını vurğulayıblar.

İclasda görülmüş işlərlə yanaşı, ədliyyə fəaliyyətində mövcud nöqsan və çatışmazlıqlar müzakirə edilib, işin dövlətimizin başçısının tələbləri səviyyəsində müasirləşdirilməsi, innovativ metodlar tətbiq edilməklə səmərəli təşkili, o cümlədən rəqəmsal idarəçiliyin tətbiqi, qanunvericiliyin təkmilləşdirilməsi, strukturun optimallaşdırılması ilə bağlı və digər konkret tapşırıqlar verilib.

Eyni zamanda, dövlətimizin başçısının 2018-ci il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə bağı nazirliyin üzərinə mühüm vəzifələrin düşdüyü qeyd edilərək, ədliyyənin gələcək inkişafında “yol xəritəsi” olan bu mühüm sənədin vaxtında və mütəşəkkil icrasının vacibliyi vurğulanıb.

Azərbaycan Prezidentinin məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, korrupsiyanın və digər neqativ halların qarşısının alınması, şəffaflığın və dürüstlüyün tam təmin olunması barədə tələbləri xüsusilə diqqətə çatdırılaraq etik davranış qaydalarına dönmədən əməl olunması, vətəndaş məmnunluğunun yüksəldilməsi ilə bağlı və digər konkret göstərişlər verilib.

Sonda ədliyyə fəaliyyətini tənzimləyən bəzi normativ hüquqi akt layihələrinə baxılıb, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb

Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir

Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO