ƏDLİYYƏ NAZİRLİYİ TİBB XİDMƏTİNƏ İŞƏ QƏBUL ÜÇÜN AÇIQ MÜSABİQƏ KEÇİRİR
Azərbaycan Prezidentinin ölkəmizin sosial-iqtisadi inkişafı və əhalinin işlə təmin olunması barədə göstərişlərinin icrası, habelə Ədliyyə Nazirliyinin tibb xidmətinə yüksək peşə hazırlığına və mənəvi keyfiyyətlərə malik mütəxəssislərin cəlb edilməsi məqsədi ilə bu quruma işə qəbulun ilk dəfə olaraq açıq müsabiqə yolu ilə aparılması qərara alınmışdır.
Bununla əlaqədar Ədliyyə Nazirliyinin tibb xidmətində boş olan yerlərə
Terapevt Həkim-biokimyaçı
Ftiziatr Pataloq-anatom
Stomotoloq Dietoloq
Rentgenoloq Feldşer, tibb bacısı
Psixiatr Laborant
Cərrah Rentgen-laborant
Həkim-laborant Laborant-bakterioloq
Həkim-əczaçı
və digər ixtisaslar üzrə işə düzəlmək arzusunda olan, qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən ali və orta tibb təhsilli mütəxəssislər ərizə, tibb təhsili haqqında diplomun və tibb ixtisası üzrə sənədin surətini, əmək kitabçasından çıxarış, tərcümeyi-hal, habelə xarakterizəedici digər sənədlərini təqdim edə bilərlər.
Sənədlər Bakı şəhəri, Bülbül prospekti, 2-də (metronun “Sahil” stansiyasından Milli Park istiqamətində) Ədliyyə Nazirliyi Səhiyyə İdarəsinin binasında bütün iş günləri qəbul olunur.
Əlavə məlumat almaq istəyənlər 93-30-91 və 93-06-50 nömrəli telefonlara zəng vura bilərlər.