Ədliyyə orqanlarında işə qəbulla bağlı test imtahanı mayın 21-də keçiriləcəkdir
Bakı, 12 may (AZƏRTAC). Ədliyyə orqanlarına işə qəbulla bağlı test imtahanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə mayın 21-də saat 10-da şəffaflığın artırılması məqsədilə bütün namizədlər üçün vahid auditoriyada - Azərbaycan Texniki Universitetinin idman sarayında, Bakı şəhəri, A.Sultanova küçəsi 5 ünvanında (Bakı Apellyasiya Məhkəməsinin yaxınlığında) keçiriləcəkdir.
Müsabiqə Komissiyasının məlumatında deyilir ki, prosedur qaydalarının təmin olunması üçün namizədlər imtahanın başlanmasına azı bir saat qalmış gəlməlidirlər. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni mayın 19-dan etibarən şəxsiyyət vəsiqəsini təqdim etməklə səhər saat 9:00-dan axşam saat 18:00-dək Ədliyyə Nazirliyinin inzibati binasından (Bakı şəhəri, İnşaatçılar prospekti 1) götürməlidirlər.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, imtahana gələrkən namizədlər “İmtahana buraxılış vərəqəsi”ni və şəxsiyyət vəsiqəsini mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən biri təqdim edilmədikdə namizəd imtahana buraxılmayacaq.
Əlavə məlumatları, o cümlədən imtahan suallarının hazırlanmasında istifadə edilmiş normativ hüquqi aktlara və sair sənədlərə dair məlumatı Ədliyyə Nazirliyinin internet səhifəsindən (www.justice.gov.az) və 430-01-18, 430-11-05 nömrəli telefonlarla əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]