Ə.Ə.ƏLƏKBƏROVUN AZƏRBAYCAN RESPUBLİKASININ MALİYYƏ NAZİRİ VƏZİFƏSİNDƏN AZAD EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Əvəz Əkbər oğlu Ələkbərov Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsindən azad edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 aprel 2006-cı il.