Effektiv idarəetmə və makroiqtisadi göstəricilər İşçi Qrupunun iclası keçiriləcək
Bakı, 15 noyabr, AZƏRTAC
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Effektiv idarəetmə və makroiqtisadi göstəricilər İşçi Qrupunun noyabrın 16-da “Webex” onlayn platforması vasitəsilə növbəti iclas keçiriləcək.
Azərbaycan Mərkəzi Bankından AZƏRTAC-a bildirilib ki, iclasda İşçi Qrupuna üzv dövlət qurumları, ictimai birlik və assosiasiya nümayəndələri, habelə İsveçrə Əməkdaşlıq Təşkilatının (SECO) nümayəndəsinin iştirakı nəzərdə tutulub. İclasda İşçi Qrupunun cari il üzrə fəaliyyət planında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti müzakirə ediləcək, xüsusilə büdcə şəffaflığının təmin edilməsi, borc dayanıqlılığının artırılması, inflyasiyanın hədəf çərçivəsində saxlanması, dövlət tənzimlənməsi yükünün optimallaşdırılması və tənzimləmənin keyfiyyətinin artırılması istiqamətində hesabat dövründə görülmüş işlər barədə fikir mübadiləsi aparılacaq. İclasda, həmçinin İşçi Qrupunun gələn il üzrə fəaliyyət planı layihəsinin müzakirəsi olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]