Əfqanıstan Müdafiə Nazirliyi 250-dən çox “Taliban” döyüşçüsünün öldürüldüyünü bildirib
Bakı, 13 iyul, AZƏRTAC
Son sutka ərzində “Taliban” hərəkatının 257 döyüşçüsü öldürülüb, 119 silahlı yaralanıb, dördü isə həbs olunub.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyi məlumat yayıb. Taliban” hərəkatı isə öz növbəsində ötən gecə ərzində Əfqanıstanın mərkəzi hissəsində yerləşən Bamian, Daykundi və Qor, həmçinin ölkənin şərqindəki Laqman əyalətlərinin bir sıra rayonlarını ələ keçirdiklərini bildirib.
Qeyd edək ki, ABŞ və müttəfiqlərinin qoşunlarını Əfqanıstandan çıxarması fonunda aktivləşən “Taliban” hərəkatı ölkənin nəzarətini ələ keçirmək üçün irimiqyaslı hücum əməliyyatlarına başlayıb.
2020-ci ilin sentyabrında Qətərin paytaxtı Dohada Əfqanıstan hökuməti ilə “Taliban” arasında başlayan sülh danışıqları heç bir nəticə verməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:46]
Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir
- 16.10.2026 [11:30]
Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb
- 16.10.2026 [11:28]
Nigeriyada hərbi hissəyə hücum nəticəsində 20 nəfər ölüb
- 16.10.2026 [11:05]
Yaponiyada güclü zəlzələ ilə bağlı xəbərdarlıq ləğv edilib
- 16.10.2026 [10:53]
Husilərin hökumət evinə hücumu nəticəsində 5 nəfər ölüb, 16 nəfər yaralanıb
- 16.10.2026 [10:53]
Yaponiyada yaşayan əcnəbilərin sayı rekord həddə çatıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]