Əfqanıstanda taliblərlə toqquşma nəticəsində 20 əsgər həlak olub
Bakı, 6 may, AZƏRTAC
Əfqanıstanın qərbində yerləşən Fərah əyalətində “Taliban” hərəkatının döyüşçüləri ilə toqquşma nəticəsində hökumət qüvvələrinin azı 20 əsgəri həyatını itirib.
AZƏRTAC Tolo News telekanalına istinadla xəbər verir ki, Fərah əyalət şurasının üzvü Abdullah Səmada Salehinin sözlərinə görə, toqquşma Gülistan rayonunda olub. Əyalət polisinin nümayəndəsi Mohibullah Mohib isə öz növbəsində hava zərbələri nəticəsində Bekva rayonunda 18 “Taliban” döyüşçüsünün öldürüldüyünü, 25 silahlının isə yaralandığını bildirib.
Əfqanıstanda hökumət qüvvələri və kənd rayonlarında xeyli üstünlüyə yiyələnərək böyük şəhərlər istiqamətində hücumları genişləndirən “Taliban” hərəkatının silahlıları arasında qarşıdurmalar davam edir. Həmçinin ölkə ərazisində İŞİD qruplaşmasının da fəallığı artır. Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri beynəlxalq koalisiyanın hərbi dəstəyi ilə bütün ölkə ərazisində taliblərə və terror qruplaşmalarına qarşı birgə əməliyyatlar keçirirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [16:21]