Egey dənizində baş verən seysmik aktivliklə bağlı açıqlama verilib
İstanbul, 3 fevral, Günel Karatepe, AZƏRTAC
Son bir saat ərzində Egey dənizində şiddəti 4 baldan yuxarı 6 zəlzələ qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, yeraltı təkanlarla bağlı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların ocağı dənizin 7 kilometr dərinliyindədir.
Son 48 saat ərzində Egey dənizinin Santorini və Kiklad adaları bölgəsində ən böyüyü 4,8 bal gücündə olmaqla 400-dən çox sarsıntı qeydə alınıb. Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis artan seysmik hərəkətliliklə bağlı təcili toplantı qərarı alıb.
Yeraltı təkanlar əsasən, yanvarın 28-dən etibarən Yunanıstanın Santorini adası və ətrafında qeydə alınıb. Vulkanik ada olan Santorinidə son günlərdə bir neçə vulkan aktivləşməsi də müşahidə edilir. Lakin, zəlzələlərin Santorinidəki yanar dağla əlaqəsinin olmadığı bildirilib.
AFAD-ın açıqlamasına görə, son bir neçə gün ərzində Türkiyə sahillərinə ən yaxın zəlzələ 140 kilometr məsafədə baş verib.
Təkanların Santorini adasının təxminən 25 kilometr şimal-şərqində meydana gəldiyi və dərinliklərinin 5 ilə 25 kilometr arasında dəyişdiyi bildirilir.
Qeyd edilib ki, 2011-2012-ci illərində də eyni bölgədə oxşar seysmik aktivlik baş verib. 14 ay davam edən zəlzələlər heç bir vulkan hərəkətliliyinə səbəb olmayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [13:54]
DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib
- 07.06.2026 [13:10]
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir
- 06.06.2026 [19:47]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 05.06.2026 [18:26]
“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub
- 05.06.2026 [18:11]
BDU-da təkrar ali təhsil almaq istəyənlərin nəzərinə
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [17:11]
Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar
- 06.06.2026 [16:31]
Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb
- 06.06.2026 [15:48]