“Egypt Air” aprelin 12-də Moskvaya ilk reysini həyata keçirəcək
Bakı, 16 mart, AZƏRTAC
“Egypt Air” aviakompaniyası Rusiya ilə Misir arasında hava əlaqəsinin bərpa olunması barədə qərardan sonra aprelin 12-də Moskvaya ilk reysini həyata keçirəcək.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə kompaniyanın martın 16-da dərc olunan rəsmi bəyanatında bildirilir. Milli aviadaşıyıcının baş direktoru Safuat Müsəlləmin sözlərinə görə, Rusiyaya ən müasir təyyarələrlə həftədə 3 reys açılacaq.
Bundan öncə isə Rusiyanın “Aeroflot” aviakompaniyası aprelin 11-dən etibarən Moskvadan Qahirəyə müntəzəm aviareyslərin bərpa olunacağını elan edib.
Xatırladaq ki, Rusiya Misirlə aviasiya əlaqəsini 2015-ci ilin noyabrında Şarm-əş Şeyxdən Sankt-Peterburqa uçan təyyarənin Sinay yarımadası üzərində qəzaya uğramasından sonra dayandırmışdı. Qəza nəticəsində “Koqalımavia” kompaniyasına məxsus laynerin göyərtəsindəki 217 rusiyalı turistin və 7 ekipaj üzvünün hamısı həlak olmuşdu. FTB sonradan bu hadisəni terror aktı kimi təsnifatlaşdırmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]