ƏHALİYƏ 29,5 FAİZ ÇOX PULLU XİDMƏT GÖSTƏRİLMİŞDİR
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin yanvar-iyun aylarında ölkə üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 2007-ci ilin eyni dövrü ilə müqayisədə 14,9 faiz artaraq 4 milyard 956,6 milyon manat olmuşdur.
Dövriyyənin 15,6 faizi hüquqi şəxslərin, 45,6 faizi mütəşəkkil təşkil olunmuş yarmarka və bazarlarda fəaliyyət göstərən fiziki şəxslərin, 38,8 faizi isə hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların hesabına formalaşmışdır.
Hesabat dövründə ticarət şəbəkələrindən əhaliyə 3 milyard 224,3 milyon manatlıq ərzaq, 1 milyard 732,3 milyon manatlıq qeyri-ərzaq malları satılmışdır.
Cari ilin 6 ayında əhaliyə 1 milyard 423,1 milyon manatlıq pullu xidmət göstərilmişdir. Xidmətin 79,3 faizi hüquqi, 20,7 faizi fiziki şəxslərin payına düşmüşdür. Onlar tərəfindən əhaliyə ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 36,5 və 8,1 faiz çox pullu xidmət göstərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:25]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]