SİYASƏT
Əhməd Davudoğlu Türkiyə-Azərbaycan əlaqələrinin dünya enerji siyasətinə təsir edəcək səviyyəyə gəldiyini bildirmişdir
İstanbul, 8 noyabr (AZƏRTAC). Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu “Kanal-24” televiziyasına müsahibəsində Türkiyə-Azərbaycan əlaqələrinin dünya enerji siyasətinə təsir edəcək dərəcədə geniş səviyyəyə gəldiyini bildirmişdir.
İki qardaş ölkə arasında əməkdaşlığın hər il yeni bir impuls aldığını söyləyən türkiyəli nazir demişdir ki, rəsmi Ankaranın Ermənistan-Azərbaycan münaqişəsi və Türkiyə-Ermənistan münasibətlərinə dair məlum mövqeyi dəyişilməzidir. Ermənistan Azərbaycan torpaqlarından çəkilmə məsələsində lazımi addımları atdığı zaman Türkiyə və Azərbaycanın bu ölkə ilə əlaqələrində normallaşma ola bilər. Hazırda rəsmi Bakı və Ankaranın mövqeləri tam şəkildə üst-üstə düşür.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2024 [17:55]
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib VİDEO
- 02.07.2024 [17:39]
Azərbaycan səfiri etimadnaməsini Konqo Prezidentinə təqdim edib
- 02.07.2024 [16:56]
MSK sədri: Naxçıvanda seçki məntəqələrində bir sıra problemlər var VİDEO
- 02.07.2024 [16:00]