Əhməd Vahidi: Qapılarımız qonşularımızın üzünə hər zaman açıqdır
Tehran, 4 oktyabr, AZƏRTAC
Qapılarımız qonşularımızın üzünə hər zaman açıqdır. Biz bütün qonşularımızla yaxşı əlaqələr qurmaq istəyirik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Tehranda keçirdiyi mətbuat konfransında İranın daxili işlər naziri Əhməd Vahidi deyib. Azərbaycan ilə münasibətlərə toxunan nazir bildirib ki, üçüncü qüvvələrin əlaqələrimizə zərər gətirməsinə imkan vermək olmaz. Problemləri qarşılıqlı dialoq əsasında həll edə bilərik.
Əhməd Vahidi nəzərə çatdırıb ki, İran və Azərbaycan xalqları arasında tarixi bağlılıq var və buna hörmətlə yanaşmaq lazımdır. “Biz qonşularımıza hər zaman dostluq əli uzadırıq”,- deyən nazir, onu da vurğulayıb ki, İranın cənub sərhədlərində keçirilən hərbi təlimlər dostlarımız üçün dostluq və təhlükəsizlik mesajidır.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu gün Ümumdünya Poçt Günüdür
- [09:37]
ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib
- 08.10.2026 [23:36]
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
- 08.10.2026 [23:03]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [21:37]
Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
- 08.10.2026 [20:39]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [20:09]
Bu saata olan əsas xəbərlər
- 08.10.2026 [20:00]
Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb
- 08.10.2026 [19:43]
Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir
- 08.10.2026 [19:24]
Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib
- 08.10.2026 [19:20]
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb
- 08.10.2026 [19:18]