Əhmədli qəsəbəsində baş verən sürüşmə hadisəsi təhlil edilib
Bakı, 17 noyabr AZƏRTAC
Noyabrın 12-də Bakı şəhəri Xətai rayonunun Əhmədli qəsəbəsində Ukrayna dairəsi yaxınlığında torpaq sürüşməsi hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Geomorfologiya və təbii risklər şöbəsinin müdiri coğrafiya elmləri doktoru Stara Tarixazər bu məsələyə aydınlıq gətirib.
Alimin fikrincə dağın yamacında sürüşmənin yaranmasının əsas səbəbi təbii amillərdən başqa (yüksəkmeyilli yamaclar, gilli suya davamlı layların olması) su kəmərlərindən və kanalizasiya xətlərindən sızmalar, yamacın aşağıdan kəsilməsi və yamacın qarşısında obyektlərin qurulmasıdır.
Mütəxəssisin apardığı vizual müşahidələr zamanı yamacda yeni çatlar aşkar edilib.